Accessibility links

İran icbari maskaları Tehrandan kənarda da tətbiq etməyi planlaşdırır


Tehranda Nəsr ticarət mərkəzi
Tehranda Nəsr ticarət mərkəzi

İranın Səhiyyə nazirinin bildirdiyinə görə, koronavirus infeksiyalarının artmasına qarşı mübarizə aparmaq məqsədilə Tehranda tətbiq edildikdən sonra digər böyük şəhərlərdə də icbari maska taxılmasının tətbiq edilməsi planlaşdırır.

Paytaxt Tehranda icbari maskalar şənbə günündən tətbiq edilməyə başlayıb. Prezident Həsən Ruhani qanunu pozanların cərimə ediləcəyini bildirib.

"Polis və basij və digər qurumlardan qanunun pozulamsına qarşı daha ciddi mübarizə aparm üçün bizə kömək etmələrini xahiş etdik " – deyə, Səhiyyə naziri Səid Nəməki bildirib.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İranda son 24 saat ərzində COVID-19 nəticəsində rekord sayda, 251 yeni ölüm halı qeyd edilib. Yaxın Şərqdə koronavirusun ən çox təsirinə məruz qalan ölkələrdən biri olan İranda COVID-19-a yoluxma hallarının sayı 500 000-dən çoxdur.

Nazirliyin sözçüsü Sima Sadat Lari dövlət televiziyasına İranda ölüm hallarının ümumi sayını 28 544-ə çatdığını deyib. O, 3.822 yeni yoluxma halının qeydə alındığını və yoluxmaların ümumi sayının 500 075 olduğunu qeyd edib.

Bu arada, İran mediası İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehinin COVID-19 testinin nəticəsinin müsbət olduğunu, lakin onun "ümumi vəziyyətinin yaxşı olduğunu və təşkilatın işlərini davamlı olaraq izlədiyini" bildirib.

Şənbə günü iqtisadi planlaşdırma üzrə vitse-prezident Məhəmməd-Baqer Nobaxt da testinin müsbət olduğunu bildirib. İranın daha iki vitse-prezidenti bundan əvvəl virusa yoluxmuşdu və ən azı iki yüksək səviyyəli rəsmi nümayəndə COVID-19 nəticəsində həyatını itirib.

Qapalı ictimai yerlərdə iyul ayından bəri icbari maska taxmaq tətbiq edilib. Tehranda məktəblər, məscidlər, mağazalar, restoranlar və digər ictimai yerlər oktyabrın 3-də bir həftə müddətinə bağlanıb və qubernator cümə günü bunun müddətini daha bir həftə uzadıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG