Accessibility links

İran jurnalistin edam edilməsinin tənqidi ilə əlaqədar Almaniya və Fransaya etiraz bildirib


Müxalif jurnalist Ruhullah Zamın Tehranda məhkəməsi, 2 iyun, 2020.
Müxalif jurnalist Ruhullah Zamın Tehranda məhkəməsi, 2 iyun, 2020.

İran mediası bazar günü İranın jurnalistin edamına dair tənqidlərlə əlaqədar olaraq Avropa İttifaqının rotasiyaya uyğun olaraq hazırkı prezidentliyini icra edən Almaniya və Fransanın səfirlərini Xarici İşlər Nazirliyinə çağırdığı haqda məlumat verib.

İran Xarici İşlər Nazirliyi rəsmi Tehranın Fransa və Avropa İttifaqının İraqda tutularaq İrana aparılmazdan əvvəl Parisdə yaşayan dissident jurnalist Ruhullah Zamın şənbə günü edam edilməsini tənqid etdiklərinə görə iki səfirə etirazını bildirib.

Zam 2017-ci ildə hökumət əleyhinə nümayişlər zamanı zorakılığa təhrik etməkdə günahlandırılmışdı. Onun Amadnews kanalının 1 milyondan çox abunəçisi var idi.

Avropa İttifaqının edamdan sonra açıqlamasında deyilir: "Avropa İttifaqı bu əməli ən sərt şəkildə qınayır və ölüm cəzasının heç bir halda tətbiq edilməsini qəbul etmədiyini təkrarlayır."

Fransa Xarici İşlər Nazirliyi edamı "barbar və qəbuledilməz bir hərəkət" adlandıraraq açıqladığı bəyanatda bildirib: "Fransa İranda söz və mətbuat azadlığının belə ciddi şəkildə pozulmasını qəti şəkildə pisləyir".

Amnesty International və Sərhədsiz Reportyorlar (RSF) mətbuat azadlığını müdafiə qrupu da edamı qınayıb.

İran rəsmiləri ABŞ-ı, eləcə də Tehranın regional rəqibi olan Səudiyyə Ərəbistanını və sürgündə yaşayan hökumət əleyhdarlarını 2017-ci ilin sonlarında ölkə boyu iqtisadi problemlərlə əlaqədar regional etirazların başladığı zaman iğtişaşlara təhrik etməkdə ittiham edib.

Rəsmilər iğtişaşlar zamanı 21 nəfərin öldüyünü və minlərlə insanın həbs olunduğunu bildirib. İranda on illər ərzində müşahidə edilən ən ciddi hadisələrdən biri hesab edilən bu iğtişaşların ardınca keçən il yanacaq qiymətlərinin artmasına qarşı daha şiddətli etirazlar baş verdi.

XS
SM
MD
LG