Accessibility links

Xameneyi: İslam Respublikası Avropa dövlətlərindən "narazı" deyil


Ayətulla Əli Xameneyi Məşhəd şəhərində Fars Yeni ili münasibətilə çıxış edir
Ayətulla Əli Xameneyi Məşhəd şəhərində Fars Yeni ili münasibətilə çıxış edir

İranın ali dini lideri çərşənbə axşamı deyib ki, İslam Respublikası Avropa dövlətlərindən "narazı" deyil və "ABŞ-ın siyasətinə kor-koranə əməl etməsələr" onlarla işləməyə hazırdır.

Ayətulla Əli Xameneyi Fars Yeni ili münasibətilə etdiyi çıxışda ABŞ və bəzi Avropa ölkələrini keçən ilin sentyabrında İranda qadınların təşkil etdiyi etirazların arxasında durmaqda ittiham edib.

Qərbin İranı təcrid etməyə çalışdığını deyən Xamneyi bunun heç bir nəticə vermədyini deyib və əlavə edib ki, "biz Asiya ilə əlaqələrimizi 100 faiz gücləndirmişik və bunu davam etdirəcəyik".

O, "İranın Qərblə münasibətləri "zəifləyib", lakin biz Avropadan narazı deyilik və ABŞ-ın siyasətinə kor-koranə əməl etməyən istənilən Avropa ölkəsi və ya hökuməti ilə işləməyə hazırıq" deyib.

Avropa Ittifaqı və Britaniya İranın geyim qaydalarını pozduğu iddiası ilə həbs olunan gənc kürd qadın Məhsa Əmininin ölümü ilə bağlı yaranan etirazlara qarşı repressiyalarına görə İrana qarşı sanksiyalar tətbiq edib.

İran rəsmilərinin ABŞ və müttəfiqləri tərəfindən qızışdırılan "iğtişaşlar" kimi təsvir etdiyi aksiyalarda iştirak etdiklərinə görə onlarla təhlükəsizlik işçisi də daxil olmaqla, yüzlərlə insan öldürülüb və minlərlə insan həbs edilib.

Xamneyi Qərb liderlərinin "İran xalqının kiçik bir hissəsinin təmsil olunduğu iğtişaşları dəstəklədiyini" deyib və "İran belə bir beynəlxalq sui-qəsd qarşısında güclü olduğunu nümayiş etdirdi" əlavə edib.

Ali dini lider Rusiyanın Ukraynaya təcavüzünə də toxunub. O, Kyiv və müttəfiqlərinin Rusiyanı mülki hədəfləri bombalamaq üçün istifadə edilən kamikadze dronlarla təchiz etməkdə ittiham etmələrinə baxmayaraq, İranın münaqişədə hər hansı əli olduğunu inkar edib.

O, Biz Ukrayna müharibəsində iştirak etdiyimizi qətiyyətlə rədd edirik. Yazıq Ukrayna xalqı problemlərdən əziyyət çəkir, lakin bundan ABŞ-ın silah istehsal edən zavodları faydalanır" , Xameneyi deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG