Accessibility links

İran müfəttişlərə nüvə obyektlərində kameralardan istifadə etməyə icazə verəcək


İran beynəlxalq müfəttişlərin nüvə obyektlərindəki nəzarət kameralalarını təmir edib orada çəkiliş etməyə davam etməyə icazə verməyə razılaşıb və bununla da bu həftə diplomatik qarşıdurmanın qarşısını alıb.

Açıqlama sentyabrın 12-də Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi ilə İranın Atom Enerjisi Agentliyinin (İAEA) başçısı Məhəmməd İslami arasında aparılan danışıqlardan sonra verilib.

Danışqların məqsədi İranla nüvə razılığını canlandırmaqla bağlı danışıqları dayandırmaqla hədələyən Tehranla Qərb arasında qarşıdurmanı yumşaltmaqdır.

“Biz agentliyin kameralarında yaddaş kartlarının dəyişdirilməsi üzərinə razılıq əldə etdik,” İran xəbər agentlikləri İslamiyə istinadən bildirib.

“BAEA müfəttişlərinin müəyyən olunan avadanlıqları təmir edib, yaddasaxlama mediasını dəyişmələrinə icazə veriləcək və bu yaddasaxlama mediasə İran İslam Respublikasında BAEA ilə İAEA-nın birgə möhürü altında salxanılacaq,” nüvə agentlikləri birgə bəyanatda bildirib.

“Mən şadam ki, biz bu gün burada agentliyin avadanlıqlarının fəaliyyətinin davam etdirilməsi ilə bağlı konstruktiv danışıq apardıq. BAEA-nə və dünyaya hər şeyin yolunda olduğuna dair məlumat və zəmanət vermək bizim üçün zəruridir,” Qrossi deyib.

Bu, sərt xətt tərəfdarı Prezident İbrahim Rəisi avqust ayında hakimiyyətə gələndən bəri Qrossinin İrana ilk səfəridir.

Birləşmiş Ştatlarla İran arasında razılığa riayət etməyə davam etməklə bağlı bilvasitə danışıqlar iyun ayından bəri dayandırılıb. Vaşinqton və avropalı müttəfiqləri avqust ayında hakimiyyətə gələn sərt xətt tərəfdarı Prezident İbrahim Rəisinin administrasiyasını danışıqlara geri dönməyə çağırıblar.

2015-ci ildə İranla dünya qüdrətləri arasında əldə olunan razılığa əsasən, Tehran sanksiyaların qaldırılması müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşmışdı.

Prezident Donald Tramp 2018-ci ildə Birləşmiş Ştatları razılıqdan geri çəkərək, iqtisadi sanksiyaları yenidən təqdim etdi. İran 2019-cu ildə cavab verərək, razılığın əsas məhdudiyyətlərini pozmağa başladı və uranın zənginləşdirmə səviyyəsini artırdı.

Qərb qüdrətləri gələn həftə təşkilatın 35 üzvlük idarə heyətinin iclasında İranı tənqid edən qətnamənin qəbul edilməsinə çağırış edib-etməmək və ya BAEA-nın işinə əngəl törətdiyinə görə İrana qarşı təzyiqi artırıb-artırmamaq barədə qərar verməlidirlər. Belə bir qətnamə razılıqla bağlı danışıqların yenidən başlama ehtimalını aradan qaldırma bilər, çünki bu cür addımlar Tehranı qəzəbləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG