Accessibility links

İran məhbus mübadiləsi ilə bağlı ABŞ-dan xəbər gözləyir


İran rəsmiləri bazar günü ABŞ-la məhbus mübadiləsi aparmağa hazır olduqlarını, amma hələ ABŞ rəsmilərindən məsələ ilə bağlı cavab gözlədiklərini deyib.

"İran bütün məhbusların ilkin şərtsiz sərbəst buraxılmasını müzakirə etməyə hazır olduğunu bəyan edib…amma amerikalılar hələ ki, cavab verməyib”, Dolat.ir saytı İran hökümətinin sözçüsü Əli Rabielə istinadən bildirib.

Hər iki ölkə məhbus mübadiləsini COVID-19 səbəbilə təxirə salıb.

İran da ABŞ da koronavirusun ən çox təsirinə məruz qalan ölkələr arasındadır.

Hər iki tərəfdə məhbusların dəqiq sayı barədə məlumat yoxdur.

Uzun zamandır düşmən olan iki ölkə arasında ən son məhbus mübadiləsi dekabrın 7-də baş verib. O zaman İran çinli amerikalı alim Şiyue Vanqı ABŞ-ın iranlı alim Məsud Süleymanini azadlığa buraxması müqabilində sərbəst buraxmışdı. Həmin məhbus mübadiləri Zürixdə İsveç hökümətinin vasitəçiliyi ilə baş vermişdi.

ABŞ o zamandan bəri keçən dörd ay ərzində davamlı olaraq dörd amerikalının sərbəst buraxılması üzərində çalışdığını bildirib. Vaşinqton Tehranı onları saxta ittihamlarla ədalətsiz şəkildə həbsdə saxlamaqda ittiham edir. Onlar arasında ABŞ hərbi donanmasının veteranı Maykl R. Vayt da var.

İranda mart ayında koronavirus pandemiyası pisləşdiyi və həbsxana sistemində yayılmağa başladığı üçün ABŞ rəsmiləri amerikalıların səhhətini qorumaq üçün onların azalğa buraxılmasına dair çağırışları artırdılar. İranlılar Vaytda koronavirus simptomları əmələ gələndən sonra martın 19-da onu azadlığa buraxıb, lakin onun ölkəni tərk etməsinə icazə verməyib. Digər amerikalıar isə hələ də həbsdədir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG