Accessibility links

İran nüvə istehsalını 2015-ci ildən öncəki səviyyəyə qaytarmaq istəyir


İran bayrağı
İran bayrağı

İran nüvə proqramını Tehranın 2015-ci ildə altı dünya qüdrəti ilə imzaladığı razılıqdan öncəki statusa qaytarmaqla hədələyir.

"Əgər avropalılar və amerikalılar öhdəliklərini yerinə yetirmək istəmirsə…biz də öhdəliklərimizi azaldacağıq və…dörd il öncəki şərtlərə geri dönəcəyik" – deyə, İranın dövlət xəbər agentliyi IRNA atom idarəsinin sözçüsünə istinad edərək bildirib. "Bu addımın arxasındakı səbəb inadkarlıq deyil. Məqsəd diplomatiyaya şans verməkdir ki, digər tərəf özünə gəlib, öhdəliklərini yerinə yetirsin".

2015-ci il razılığına əsasən İran Birləşmiş Ştatlar və Britaniya, Çin, Fransa, Almaniya, Rusiyanın daxil olduğu beş ölkənin sanksiyalarında azad olmaq müqabilində uranın zənginləşdiriməsini azaltmağa razılaşmışdı.

Əgər avropalılar və amerikalılar öhdəliklərini yerinə yetirmək istəmirsə…biz də öhdəliklərimizi azaldacağıq və…dörd il öncəki şərtlərə geri dönəcəyik.

Prezident Donald Tramp sazişi “dəhşətli” adlandıraraq, ötən ilə ABŞ-ı razılıqda geri çəkib və İrana qarşı sanksiyaları bərpa edib.

İran da artıq sazişin bəzi hissələrindən geri çəkilib və digər ölkələr İranın sanksiyalardan əziyyət çəkən iqtisadiyyatına yardım etmədiyi təqdirdə razılığı daha çox pozmaqla təhdid edir.

İran artıq razılıq altında icazə verilən uran ehtiyatını və uranı zənginləşdirmə səviyyəsini artırıb, lakin bu, nüvə silahl istehsal etmək səviyyəsindən azdır.

İranın xarici işlər nazirliyi bildirib ki, Tehran razılığa digər üzvlər qədər əməl edir.

Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib ki, 2015-ci ildə əldə olunan razılıq hələ ki, “ölməyib” və razılıq ətrafındakı böhrana həll yolu tapmaq inkanları azalsa da, onu ayaqda tutmaq hələ ki, mümkündür.

O, bunu Brüsseldə İrandakı vizəyyəti müzakirə etməyi planlaşdıran Avropa İttifaqının xarici işlər nazirləri ilə danışıqlardan öncə söyləyib.

O bu sözləri Britaniyanın Daily Mail qəzetində Britaniyanın ABŞ-a keçmiş səfiri Kim Darrokun ABŞ prezidenti Donald Trampın nüvə razılığından geri çəkilmək qərarı ilə bağlı tənqidlərinin yer aldığı teleqramlarının dərc olunmasından sonra söyləyib.

Ceremi Hant
Ceremi Hant

Darrok 2018-ci ilin may ayına aid yazışmalarda bildirib ki, Tramp adminsitrasiyasının ötən il İran razılığından geri çəkilməsi “diplomatik vandalizmdir və bunun arxasında ideoloji və şəxsi məsələlər dayanır. Bu da razılığın Obama ilə bağlı olmasıdır”.

Daily Mail bazar günü Kim Darrokun Londona göndərdiyi diplomatik teleqramı dərc edib. Səfir bundan bir neçə gün öncə eyni qəzetdə onun başqa yazışmalaranın dərc olunmasından sonra istefa verib.

XS
SM
MD
LG