Accessibility links

İran nüvə razılığı ilə bağlı danışıqlar müvəqqəti olaraq dayandırılıb


Antoni Blinken

Vyanada 2015-ci il İran nüvə razılığını canlandırmaq məqsədilə danışıqlar aparan diplomatlar müzakirələri gələn həftəyədək dayandırıblar. Birləşmiş Ştatlar və Avropa rəsmiləri irəliləyişin olmamasına görə İranı tənqid edir.

“Son günlərdə gördüyümüz odur ki, hazırda İran razılığa yenidən əməl etmək üçün ediləcək şeylərə ciddi yanaşmır. Ona görə də biz Vyanada danışıqların yeni raunduna başladıq,” ABŞ dövlət katibi Antoni Blinken cümə günü, Reuters xəbər agentliyinin təşkil etdiyi dünya liderlərinin virtual konfransı zamanı bildirib.

“Əgər biz razılığa yenidən əməl olunması məsələsinə dalana dirənsək, başqa seçimlərə əl atacağıq,” o, heç bir detal vermədən bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü cümə günü bildirib ki, İranla danışıqların daha öncəki raundlarında “irəliləyiş əldə olunmuş, bütün tərəflər üçün çətin olan məsələlərə yaradıcı və güzəştli həll yolları tapılmışdı.” Ancaq o deyib ki, İranın bu həftəki yanaşması, təəssüf ki, qalan məsələləri həll etməyə çalışmağa yönəlməmişdi.”

Avropa rəsmiləri də bazar ertəsi başlayan danışıqlarda İranla bağlı məyusluqlarını ifadə ediblər.

Cümə günü nüvə danışıqlarında vasitəçi rolu oynayan üç Avropa qüdrəti olan Fransa, Britaniya və Almaniyadan yüksək səviyyəli rəsmiləri deyib, “İran bu həftə ələdə olunan diplomatik irəliləyişlərdə geriləyib.”

Birləşmiş Ştatlar və İran bazar ertəsi Vyanada bilvasitə danışıqları bərpa edib. Vasitəçilər tərəfləri yenidən 2015-ci razılığına əməl etmələrini təmin etməyə çalışırlar. ABŞ və İran vasitəçiləri daha öncə aprel ayından iyun ayınadək Vyanada altı raund nəticə verməyən danışıqlar aparıblar. Daha sonra isə İran prezident seçkisindən öncə danışıqları dayandırmışdı.

Razılığa əsasən, İran beynəlxalq sanskiyaların yumşaldılması müqabilində silahlaşdırıla biləcək nüvə fəaliyyətini məhdudlaşdırmağı vəd etmişdi. Tehran nüvə silahları inkişaf etdirdiyini inkar edir.

Sabiq ABŞ Prezidenti Donald Trampın administrasiyası 2018-ci ildə razılıqdan geri çəkilərək, onun İrana kifayət qədər təzyiq göstərmədiyini bildirib və ABŞ sanksiyalarını bərpa edib. İran bundan bir il sonra cavab olaraq razılıqda nüvə fəaliyyətlərinə tətbiq olunan məhdudiyyətləri açıq şəkildə pozmağa başlayıb. Trampın xələfi Prezident Co Bayden deyib ki, İran razılığa əməl etdiyi təqdirdə, o da bunu etməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG