Accessibility links

İran nüvə razılığı ilə bağlı danışıqlar Vyanada davam etdirilir


Şənbə günü İran nüvə razılığını imzalayan tərəflər Birləşmiş Ştatların razılığa yenidən qoşulmasını təmin etmək məqsədi ilə Vyanada danışıqların üçüncü raunduna başlayacaq.

ABŞ 2018-ci ildə o zamankı prezident Donald Trampın rəhbərliyi altında sanksiyaların yumşaldılması müqabilində İranın nüvə proqramını məhdudlaşdıran razılıqdan geri çəkilib.

2015-ci ildə imzalanan razılığın digər üzvləri aprel ayının başından bəri razılığı canlandırmaq üçün danışıqlar aparırlar.

Danışıqların üçüncü raundu çərşənbə axşamı başlayıb. Eskpert qrupları və nümayəndə heyətlərinin bir neçə gün boyunca razılığın texniki tərəflərini müzakirə etməsinin ardınca danışıqlar şənbə günü davam etdiriləcək.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrel bəyanatında Britaniya, Çin, Fransa, Almaniya, İran və Rusiya nümayəndə heyətlərinin yerli vaxtla gündüz saat üçdə görüşəcəklərini deyib.

“İştirakçılar Birləşmiş Ştatların razılığa geri dönməsinin ehtimalını və razılığın tam və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün danışıqlarını davam etdirəcəklər,” bəyanatda bildirilib.

İranın xarici işlər nazirliyi bildrib ki, nümayəndə heyətləri danışıqlardan sonra ölkələrinə geri dönüb, növbəti addımla bağlı təlimat alacaqlar.

Avropa diplomatı deyib ki, Amerika, Avropa, Rusiya və Çin nümayəndə heyəti şənbə günü İranın iştirakı olmadan birgə iclas keçirib, çünki Terhan ABŞ-la birbaşa danışıq aparmağı rədd edib.

Tramp administrasiyası razılıqdan geri çəkilməklə yanaşı İrana gernişmiqyaslı sanksiyalar tətbiq edib. İran isə öz növbəsinə nüvə fəaliyyətini artırmağa başlayıb.

ABŞ-ın yeni prezidenti Co Bayden isə İranın Trampın sanksiyalarından öncə əməl etdiyi razılığı dəstəkləyir, amma Vaşinqton sanksiyalarını ləğv etmədən öncə Tehranı tədbirlərini geri çevriməyə çağırıb.

Təxminən bir ay davam edən danışıqlardan sonra tərəflər bu həftə müzakirələri “sürətləndirmək” niyyətini dilə gətiriblər.

Müzakirələrlə yaxından tanış olan bir diplomat AFP-yə bildirib ki, danışıqların məqsədi “mayın sonunadək”, yəni İranda iyun ayında keçiriləcək prezident seçkilərinə qədər konkret nəticə əldə etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG