İran 2015-ci il nüvə razılığını pozaraq, təkmilləşdirilmiş sentrifuqlarından istifadə edərək uranı zənginləşdirməyə başlayıb. Bu barədə şənbə sözçü bildirib və xəbərdarlıq edib ki, Avropanın razılığı qoruyub saxlamaq üçün yeni şərtlər irəli sürməsi üçün vaxt azalır.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvandinin bu sözləri ekspertlərin Tehranın nüvə silahı inkişaf etdirməsi üçün lazım olunan materialları toplamaq üçün ehtiyacı olduğunu təxmin etdikləri bir illik vaxtın daha da azaldığına işarə edir. İran isə nüvə proqramının donc məqssəd daşıdığını təkid edir.
İran razılıqda uranın zənginləşdirmə səviyyəsinə tətbiq olunan limiti keçib və bildirib ki, əgər Avropa İranın ABŞ sanksiyalarından yan keçərək xam neftini satmasına imkan yarada bilsə, Tehran razılığın şərtlərinə yenidən əməl edər.
Lakin Associated Press-in şənbə günü yaydığı peyk görüntülərində bir zamanlar ələ keçirilən və Tehranın Suriyaya getməyəcəyinə söz verdiyi neft tankerinin Suriya sahilinə yaxın olduğunu göstəriləndən sonra Avropanın İranın niyyətini sual edəcəyi gözlənilir.
ABŞ-la iran arasında son aylarda gərginlik artıb. Belə ki, Hörmüz boğazı yaxınlığında neft tankerlərinə müəmmalı hücumlar olub, İran ABŞ-ın hərbi kəşfiyyat dronunu vurub və Yaxın Şərq boyu digər insidentlər baş verib. Bundan əlavə yarı-rəsmi xəbər agentliyinin şənbə günü verdiyi məlumata görə, İran bir digər gəmini ələ keçirib və gəminin 13 filippinli ekipaj üzvünü həbs edib.
2015-ci il nüvə razılığı
Razılığa əsasən İran sanksiyalar müqabilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu. Digər məhdudiyyətlər arasında İranın yalnız 5060 ədəd birinci nəsil IR-1 sentrifuqlarından istifadə edə bilərdi.
Kamalvandi isə bildirib ki, indi İran 20 IR-6 sentrifuqalarından və 20 IR-4 sentrifuqalarından istifadə etməyə başlayıb. İran rəsmiləri deyir ki, IR-6 uranı IR-1-dən 10 qat, IR-4 isə 5 qat daha sürətli şəkildəzənginləşdirir.
İran artıq zənginləşdirmə səviyyəsini 4.5 faizədək artırıb. Bu isə razılıq altında icazə verilən 3.67 faizdən çoxdur. Daha yüksəks keyfiyyətli sentrifuqalardan istifadə etməklə İranın uranı zənginləşdirməsi üçün tələb olunan vaxt azalır.
Kamalvandi deyib ki, İranın uranı 20 faiz zənginləşdirəcək imkanları var.
Kamalvandi "İran Respublikasının bomba istehsal etmək niyyətində olmadığını desə də" xəbərdarlıq edib ki, İranın razılığa əməl etmək yolları tükənir.
O həmçinin deyib ki, İran BMT-nin müfəttişlərinə ölkədəki təsislərə nəzarət etməyə davam etməyə icazə verəcək. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin yüksək vəzifəli rəsmisinin bazar günü Tehranda İran rəsmiləri ilə görüşəcəyi gözlənilir.