Accessibility links

İran Natanz nüvə obyektinə elektirikin kəsilməsində İsraili günahlandırır


İran ölkədəki yeraltı nüvə obyekti Natanzın elektirikin kəsilməsində İsraili günahlandırır.

Bu səbəbədən də İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə uran zənginləşdirmə sentrifuqaların zədələndiyini və İranın İsraildən intiqam alacağını deyib.

İranın nüvə rəsmisi Əli Əkbər Salehi aprelin 11-də baş verən hadisəni “nüvə terrorizmi” adlandırıb.

"Bu ümidsiz hücumu qınayarkən, İran İslam Respublikası beynəlxalq qurumlarını (Beynəlxalq Atom Enerjisi Agentliyi) bu nüvə terrorizminə qarşı bir mübarizəyə ehtiyac olduğunu vurğulayır," dövlət televiziyası Əli Əkbər Salehə istinadən bildirib.

Birləşmiş Millətlər Təşkilatının İranın atom proqramını izləyən orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi bazar günü vəziyyətdən xəbərdar olduğunu və hadisələri izlədiyini bildirisə də, ətraflı məlumat verməyib.

Zərər barədə məlumat verən iki kəşfiyyat zabitinə istinadən The New York Times xəbər verir ki, hadisə İranın uran zənginləşdirmə fəaliyyətinə ciddi bir zərbə vurub. Və Natanzın bərpası doqquz ay çəkə bilər.

Times ABŞ və İsrail kəşfiyyatı rəsmiləri elektrikin kəsilməsində İsrailin rolunun olduğunu bildirir. İsrail mətbuatı İsrailin kəsilməyə səbəbkar ola biləcəyini və bunun kiberhücumla həyata keçirilə biləcəyini yazıb.

Elektrik enerjisinin kəsilməsi ABŞ və İranın bu həftə İranın dünya gücləri ilə əldə etdiyi 2015-ci il nüvə razılaşması müzakirələrinin ikinci raundunu keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Müqavilə rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınır.

Natanz əvvələr də kiberhücumlar da daxil olmaqla, hücumlara məruz qalıb.

ABŞ və İsrail hələ ki, rəsmi olaraq enerjinin kəsilməsinə rəsmi münasibət bildirməyib.

XS
SM
MD
LG