Accessibility links

İran oktyabrda qadınların Dünya kubokunun seçmə oyununu stadionda izləməsinə icazə verəcək


İran rəsmiləri seçilmiş qadın izləyici qrupları üçün bəzi hallarda qadağanı aradan qaldırılıb. - Tehranda İran və Boliviya arasında oyunu izləyən qadınlar, 16 oktyabr, 2018.
İran rəsmiləri seçilmiş qadın izləyici qrupları üçün bəzi hallarda qadağanı aradan qaldırılıb. - Tehranda İran və Boliviya arasında oyunu izləyən qadınlar, 16 oktyabr, 2018.

İranın İdman Nazirliyinin rəsmisi qadınların Tehranda kişilər arasında futbol üzrə dünya çempionatının seçmə turnirini izləmək üçün stadiona buraxılacaqlarını bildirib.

"Qadınlar oktyabrın 10-da Kambocaya qarşı təsnifat oyununu izləmək üçün Əsədi stadionuna gedə bilər", IRNA dövlət informasiya agentliyinə əsasən, idman nazirinin müavini Cəmşid Tağızadə avqustun 25-də bildirib.

İyun ayında FİFA prezidenti Canni İnfantinonun İranın Futbol Federasiyasına (FFIRI) göndərdiyi məktubda ölkənin qadınların stadionlara getməsinə icazə vermək üçün "konkret addımlar" atmalı olduğu və ya sanksiyalarla qarşılaşacağı bildirilib.

İnfantino Tehranın qadınlar üçün qadağanı ləğv etməkdən imtina etdiyi halda nə olacağı haqda bir söz deməyib.

Fəallar və idman şərhçiləri Asiyada ən yaxşı komandalardan biri olan İran milli yığmasının Qətərdə 2022-ci ildə dünya çempionatında iştirak etmək üçün kvalifikasiya mərhələsində xal itkisi və hətta bu nüfuzlu yarışdan kənarlaşdırılmaq kimi cəza tədbirləri ilə üzləşə biləcəyini irəli sürüblər.

İranın hakimiyyət nümayəndələri qadınların stadionlara girişinin onların kişi futbol azarkeşləri tərəfindən səsləndirilən söyüşləri eşitməsinə yol verməmək üçün qadağan edildiyini iddia edirlər.

On illik qadağa seçilmiş qadın izləyici qrupları üçün bəzi hallarda aradan qaldırılıb.

Human Rights Watch təşkilatının bildirdiyinə görə, Tehran rəsmiləri futbol oyunlarında qadınların iştirakına qoyulmuş qadağanı ötərək, kişi geyimində stadiona daxil olduqları üçün həbs edilmiş dörd qadını bu ayın əvvəli azad edib.

ABŞ-da qərargahlanan hüquq müdafiə təşkilatı bildirib ki, "stadionlara qeyri-qanuni keçmək cəhdində" ittiham edilən dörd qadın girov müqabilində azadlığa buraxılıb.

XS
SM
MD
LG