Accessibility links

İran parad hücumuna cavab olaraq Suriyaya qarşı raket hücumu həyata keçirib


İran İnqilab Keşikçiləri bazar ertəsi Suriyada militantlara qarşı raket hücumu həyata keçirdiyini bildirib. Bu, İranın son bir il ərzində Suriyaya qarşı ikinci raket hücumudur.

İnqilab Keşikçiləri militantların bir həftə öncə Əhvəzdəki hərbi parada edilən hücuma görə məsuliyyət daşıdıqlarını deyir. Həmin hücum nəticəsində parad iştirakçılarından 25 nəfər həlak olmuş, 65-i isə yaralanmışdı.

Bu ittihamlara baxmayaraq, 1980-1988-ci illər İran-İraq müharibəsinin ildönümü qeyd edilən parad zamanı həyata keçirilən hücuma görə kim məsuliyyət daşıdığı tam aydın deyil.

İran daha öncə Ərəb seperatçlarını ittiham etmişdi. Ərəb separatçıları məsuliyyəti üzərinə götürmüşdü və hətta hücumu təşkil edən şəxslərin biri haqqında verdikləri məlumat da həqiqəti əks etdirmişdi.

İslam Dövləti də hücumun təşkili ilə bağlı məsuliyyəti üzərinə götürmüşdü, lakin onların iddiasında faktlara zidd məlumatlar var idi. İŞİD daha sonra hücumu təşkil edən insanların videosunu yaysa da, videoda olan insanlar ekstrimist qrup ilə bağlılığını dilə gətirməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG