Accessibility links

İran parlamentinin spikeri koronavirusa yoluxub


İran dövlət televiziyası cümə axşamı parlamentin spikeri Əli Laricaninin koronavirusa yoluxduğunu bildirb.

"Onda virusin bəzi simptomları üzə çıxdıqdan sonra koronavirus üçün testdən keçirildi və nəticəsi müsbət olduğu üçün hazırda karantində müalicə altındadır" deyə məlumatda bildirilib.

62 yaşlı Laricani İran rəhbərliyinə və prezidentə yaxınlığı ilə tanınır. O, 2016-cı ildə yenidən parlamentə spiker seçilib. Əli Laricani İranda İndiyə qədər virusa yoluxan ən yüksək vəzifəli şəxslərdən biridir.

İran ölkədə koronasirusa ilk yoluxma hadisəsi haqqında 19 fevral tarixində məlumat verib və o zamandan bəri virusun kəskin yayılması ilə mübarizə aparmağa çalışır. Hazırda ölkədə virusdan ölənlərin sayı 3 mini keçib, yoluxanların sayı isə 50 mində çoxdur.

Əli Laricaninin virusa yoluxması xəbəri Prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin iclasında ölkənin hələ bir il pandemiya ilə mübarizə apara biləcəyi barədə xəbərdarlığı ilə birlikdə elan olunub.

"Koronavirus elə bir şey deyil ki, biz müəyyən bir tarix seçək və o zamana qədər tamamilə aradan qaldırılacağını söyləyək," deyə Ruhani bildirib. O həmçinin əlavə edib ki, virus "qarşıdakı aylarda və ya cari İran ilinin sonunda - 2021-ci ilin martında da bizimlə ola bilər."

Çərşənbə axşamı dövlət xəbər agentliyi olan IRNA xəbər verib ki, İranda bu günə qədər parlamentin 290 üzvündən ən azı 23-ü koronavirusa yoluxub.
Həmçinin rəsmi məlumatlara görə COVID-19 ən azı 12 hazırkı və ya keçmiş hökumət işçisini həyatına son qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG