Accessibility links

İran polisi Marağada kriptovalyuta mayninqi ilə əlaqədar 3 nəfəri həbs edib


Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində kriptovalyuta mayninqi ilə əlaqədar 3 nəfər həbs edilib.

Marağa polis komandiri polkovnik Tovhid Farsi bu haqda çərşənbə günü dövlət agentliyi İRNA-ya məlumat verib.

Komandirin bildirdiyinə görə, polis qüvvələri Marağanın kriptovalyuta mayninq təchizatından istifadə edildiyi üç fərqli bölgəsində əməliyyat keçiriblər.

“Polis qüvvələrimiz Elektrik İdarəsinin yardımı ilə və məhkəmə qurumu ilə koordinasiyalı bir şəkildə şəhərin müxtəlif nöqtələrində kriptovalyuta mayninq təchizatını ələ keçirib və üç nəfəri nəzarət altına alıb,” polkovnik Farsi bildirib.

Dövlət agentliyinin yazdığına görə, “qanunsuz kriptovalyuta çıxarılması üçün istifadə edilən cihazlar həddindən artıq elektrik istehlak edərək, ölkə iqtisadiyyatına zərər verməklə yanaşı, elektrik kəsintilərinə də səbəb olurlar.”

İranda İslam İnqilabı Qvardiyası (Sepah) və bəzi Çin şirkətlərinin də kriptovalyuta çıxarmaq üçün mayninq təchizatından istifadə etdiklərinə dair xəbərlər yayılır.

XS
SM
MD
LG