Accessibility links

İran Prezidenti ölkədə COVID-19-un beşinci dalğası barədə xəbərdarlıq edib


Həsən Ruhani
Həsən Ruhani

İran Prezidenti ölkədə koronavirus infeksiyalarının bir başqa dalğası ilə üzləşə biləcəyini bildirib. Rəsmilər xəbərdarlıq edir ki, ölkədə xəstəliyin daha yoluxucu Delta variantı yayılmağa başlayıb.

Həsən Ruhani bunu iyulun 3-də koronavirusa qarşı mübarizə işçi qrupunun iclasında söyləyib.

“Biz ölkə boyu beşinci dalğaya doğru irəlilədiyimizdən narahatıq,” Ruhani iclasın televiziyada yayımlanan hissəsində söyləyib.

O, insanları “virusun, xüsusilə də Hindistan variantının yayılmasının” qarşısını almaq üçün yay səfərlərini və yığıncaqlarını təxirə salmağa çağırıb.

İran Yaxın Şərqdə virusun ən çox yayıldığı ölkədir.

Paytaxt Tehran və 90 başqa şəhər qırmızı zona elan olunub və orada ofis işçilərinin 70 faizinə evdən işləmək göstərişi verilib.
Bundan əlavə restoran, idmal zalları və kinoteatr kimi yerlər bağlanıb.

İran rəsmiləri deyir ki, COVID-19-dan ölüm halları son 24 saatdan 111 nəfər daha çoxdur. Bununda ötən il pandemiya başlayandan bəri ölkədə ölənlərin ümumi sayı 84,627-ə çatıb.

İranda həmçinin vaksinlərin paylanması ləng həyata keçirilib. İranda istehsal olunan COVIran Barekat-dan əlavə Kubada hazırlanan və daha sonra İranda istehsal olunan Soberana istifadə üçün təsdiqlənib.

Bundan əlavə İranın idxal etməyə davam etdiyi Rusiyanın Sputnik V vaksini də var.

XS
SM
MD
LG