Accessibility links

İran prezidenti Tehranın dünya qüdrətləri ilə nüvə danışıqlarına ciddi yanaşdığını bildirir


İran Prezidenti İbrahim Rəisi şənbə günü bildirib ki, Tehran Vyanada dünya qüdrətləri ilə nüvə danışıqlarına ciddi yanaşırdı. Bu barədə rəsmi IRNA xəbər agentliyi məlumat verib.

ABŞ-la İran arasında 2015-ci il nüvə razılığını bərpa etmək məqsədilə bilvasitə danışıqlar cümə axşamı Avstriya paytaxtında yenidən başlayıb. Britaniya, Almaniya, Rusiya və Çindən diplomatlar iki tərəf arasında gedib-gəlir, çünki Tehranla Vaşinqtonla birbaşa əlaqə qurmaqdan imtina edir.

Adının anonim qalması şərtilə açıqlama verən avropalı mənbə cümə günü İranın danışıqları iyun ayında dayandırıldığı yerdən davam etdirməyə razılaşdığını bildirib. Lakin İran rəsmiləri bunu inkar edib.

2018-ci ildə o zamankı ABŞ Prezidenti Donald Trampın geri çəkildiyi ilkin razılığa əsasən, İran ABŞ, Avropa İttifaqı və BMT sanksiyalarının azaldılması müqabilində nüvə proqramını məhdudlaşdırmışdı.

“Bizim İranın təklifini danışıqlardakı digər tərəflərə təklif etməyimiz onu göstərir ki, biz danışıqlara ciddi yanaşırıq, və əgər digər tərəf də sanksiyaların aradan qaldırılmasında ciddidirsə, biz yaxşı razılıq əldə edəcəyik. Biz, şübhəsiz ki, yaxşı razılıq istəyirik,” İRNA Rəisidən sitat gətirərək bildirib.

Trampın İrana yenidən sanksiya tətbiq etməsindən bir il sonra Tehran tədricən razılıqda qeyd olunan məhdudiyyətləri aşmağa başladı. İran bütün sanksiyaların aradan qaldırılmasını istəyir.

İranın baş vasitəçisi Əli Bageri Kani cümə günü Reuters-ə bildirib ki, Tehran ötən həftə, danışıqlar dayandırıldığı zaman sərgilədiyi mövqesində qətidir. Avropa və ABŞ rəsmiləri İranı yeni tələblər irəli sürməkdə və bu ilin əvvəlində əldə olunan kompromislərlə bağlı vədlərini yerinə yetirməməkdə ittiham olunur.

İranın ptən həftə irəli sürdüyü yüni təklifin müzakirə olunub-olunmadığəna dair suala cavab olaraq Bageri kani “Bəli, bizim ötən həftə irəli sürdüyümüz təkliflər hazırda digər tərəflərlə görüşlərdə müzakirə olunurlar,” deyə cavab verib.

Avropa İttifaqının yüksək səviyyəlti rəsmiləri cümə günü deyib ki, danışıqlar irəliləyir və müxətlif vacib məsələlər üzərində hələ də danışıqlar aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG