Accessibility links

İran su qıtlığı etirazları səbəbindən interneti məhdudlaşdırıb


İranda bir həftədir azı üç nəfərin ölümü ilə nəticələnən su çatışmazlığına qarşı etirazlardan sonra internet xidmətlərinin kəskin şəkildə zəiflədiyi bildirilir.

İnternet xidmətlərinin kəsilməsinin monitorinqini aparan Netblocks bunu "dövlətin məlumat nəzarəti və ya hədəflənən internet bloklanması" adlandırır.

Bloklamaların 15 iyul tarixində Xuzistan əyalətində etirazların başladığı gündən bəri qeydə alındığı bildirilib. 21 iyul tarixində internetin bərpa olunmadığı xəbər verilib.

İran son illərdə küçə nümayişçilərinin bir-biri ilə ünsiyyət qurmaq və nümayişlərin videolarını yaymaq imkanlarını məhdudlaşdırmaq üçün internet üzərindəki nəzarətini gücləndirib.

NetBlocks-un təhlilləri və istifadəçilərin məlumatlarına əsasən, "regional kəsilmələr etirazlara nəzarət etmək üçün nəzərdə tutulur".

Məlumatda bildirilir ki, bu addım "ictimaiyyətin siyasi narazılığını ifadə etmək və ya bir-biri ilə, eləcə də xarici dünya ilə ünsiyyət qurma ehtimalını məhdudlaşdırması"-nı nəzərdə tutur.

İran son 50 ilin ən quraq yay ilə üzləşib. Yanlış su idarəçiliyi və su mənbələrindən kəskin istifadə nəticəsində kənd təsərrüfatı və insanlar böyük zərər görüb.

Digər tərəfdən ölkənin bəzi hissələri həftələrlə elektik enjisinin kəsilməsi ilə də üz-üzə qalıb.

Etirazlar dalğası İranın növbəti bir koronavirus dalğası ilə mübarizə apardığı və iqtisadiyyatın ABŞ-ın sanksiyalarına məruz qaldığı bir vaxt baş verir. Üstəlik neft sənayesindəki minlərlə işçi daha də yaxşı maaş və iş şərtləri üçün tətillərə başlayıb.

XS
SM
MD
LG