Universitet müəllimi və ətraf mühit üzrə mütəxəssis Dr. Əhməd Baybordi bildirir ki, Şərqi Azərbaycan vilayətində yerləşən Əndərİyan mədəni ətraf mühitin çirklənməsinə səbəb olur, lakin Ətraf Mühit İdarəsinin rəsmiləri məlumatın mətbuatda yer almasını istəmirlər.
Baybordi Anaj Xəbər Agentliyinə verdiyi müsahibədə deyib ki, İran rəsmiləri Əndəryan qızıl mədənindəki siyanid çirklənməsinə dair faktları gizlətməyə çalışırlar.
Universitet müəllimi bütün faktların Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsi və təhlükəsizlik orqanlarına təqdim edildiyini, lakin rəsmilərin hər şeyin yolunda olduğunu təkid etdiklərini deyib.
Təxminən 30 milyon ton ehtiyatı olan Əndəriyan Qızıl Mədəni İranın ən böyük qızıl mədənlərindən biridir və Şərqi Azərbaycan vilayətinin Vərziqan rayonunda yerləşir.
Bundan əvvəl də Əndəriyan qızıl mədəni ətraf mühitlə əlaqədar standardlara əml etmədiyi üçün ətraf mühit fəalları sosial mediada mədənin ətrafında yaşayan heyvanların və digər canlıların cəsədlərinin, habelə kəndin sularının çirkləndiyini göstərən fotolar paylaşmışdı.
Əhməd Baybordinin sözlərinə görə, İrandakı bütün səlahiyyətlilər testlərin nəticələrini dəfələrlə görsələr də, ictimai narahatlığın qarşısını almaq bəhanəsi ilə ictimaiyyətin məsələdən xəbərdar olmasının qarşısını alırlar. Əhməd Baybordi həmçinin testlərin Şərqi Azərbaycanın Ətraf Mühit İdarəsinin və Tehranın etibarlı laboratoriyalarında aparıldığını və onların hər birinin ətraf mühitin çirkləndirildiyini təsdiqlədiyini söyləyib.
Ətraf mühit mütəxəssisinin sözlərinə görə, laboratoriyada əldə olunan nəticələr göstərir ki, kəndin suyunun çirklənmə nisbəti normal su ilə müqayisədə 3 dəfə daha çoxdur, lakin məmurlar statistik manipulyasiya yolu ilə onu bir neçə dəfə azaldbılar.
Əhməd Baybordi əlavə edib ki, ölkənin Baş Müfəttişliyi Təşkilatı kənddə suyun çirklənməsi məsələsini həll etmək əvəzinə, Ətraf Mühit İdarəsindən vilayətin ekologiya laboratoriya müdürünün vəzifəsindən kənarlaşdırılmasını tələb edib.