Accessibility links

İran rəsmiləri Araz sərhəd ərazilərinə nəzarət üçün bölgəyə səfər edir


İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı general-mayor Hüseyn Salami və İran Xarici İşlər Nazirinin müavini Seyid Abbas Əraqçı Araz boyunca sərhəd bölgələrindən nəzarət üçün səfər edib.

Bu Barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Oktaybrın 26-da general-mayor Hüseyn Salami İranın Şərqi Azərbaycan vilayətində yerləşən Araz çayı bölgəsi və İran ilə Azərbaycan Respublikası və Ermənistan arasında Dağlıq Qarabağ döyüş bölgəsi ilə sərhəd ərazini ziyarət edib.

Salaminin bölgədəki son hərəkətləri izləyərkən sərhəd bölgələrində daha çox təhlükəsizliyi təmin etmək üçün lazımi əmrləri verdiyi bildirilir. Ancaq bu barədə ətraflı məlumat yayımlanmayıb.

Bu gün oktyabrın 27-də isə İran Xarici İşlər Nazirinin müavini Seyid Abbas Əraqçı İranın Ərdəbil vilayətində yerləşən Muğan bölgəsinə səfər edərək, Parsabad şəhərindəki Azərbaycan Respublikası və İran Respublikası sərhəd zolağına nəzarət edib. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi öz Tvitter hesabında Əraqçının Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.

Əraqçı həmin səfər əsnasında sərhəd bölgələrin təhlükəsizliyinin İran üçün qırmızı xətt olduğunu vurğulayıb deyib ki, "Hər hansı bir problemin yaşanmaması üçün əsas planlardan biri budur ki, sərhəd zolaqlarında bəndlərin, binaların və su şəbəkələrinin təhlükəsizliyi yoxlanılsın."

23 fevral 2016-cı il tarixində Tehran şəhərində imzalanan sazişə görə, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və su ehtiyatlarından istifadə sahəsində İran və Azərbaycan Respublikası arasında əməkdaşlıq sənədi qəbul edilib. İran tərəfi həmin sazişə əsasən, Azərbaycanın həmsərhəd ərazilərinin İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın işğalı altında olmasına baxmayaraq, Araz çayı üzərində körpülər inşa etdiyi açıqlanmışdı.

İranın Xarici İşlər Nazirinin müavini sözlərində bəndlər və binalardan məqsədinin həmin sərhəd ərazisində tikilən hidroqovşaqlar, bəndlər və körpülər olduğu ehtimal edilir.

Əraqçı səfərinin bir məqsədinin Şərqi Azərbaycan vilayətində sərhəd ərazilərinə nəzarət etmək olduğunu açıqlayıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG