Accessibility links

İran rəsmiləri Avropada kürd partiyaları ilə görüşlər keçirir


İslam Respublikası rəsmilərinin İran Kürdüstanına mənsub dörd əsas siyasi partiyanın təmsilçiləri ilə görüşlər keçirdiyi bildirilir.

Bu barədə İranın kürd siyasi təşkilatlarına yaxın jurnalistlərin bir neçə gündür yaydıqları xəbərləri Kürdüstan Əməkçilərinin Komele Partiyasının başqanı Ömər İlxanizadə təsdiq edib.

Yayılan xəbərlərə əsasən, “İran Kürdüstanı Demokrat Partiyası”, “Kürdüstan Demokrat Partiyası”, “İran Kürdüstanı Komele Partiyası” və “Kürdüstan Əməkçilərinin Komele Partiyası” təşkilatlarına mənsub təmsilçilər Avropada İslam Respublikası təmsilçiləri ilə toplantılar keçiriblər.

Almaniyanın yayım şirkəti DW-nin fars xidmətinə danışan Ömər İlxanizadə görüşlərin Norveç Münaqişələrin Həlli Mərkəzinin (NOREF) vasitəçiliyi ilə həyata keçirildiyini bildirib.

Bəzi mənbələrin bildirdiyinə görə, görüşlərin biri İran xarici işlər nazirliyinin təmsilçiləri, İslam Respublikasının ali ruhani liderinin təmsilçiləri və dörd partiyanın liderlərinin iştirakı ilə keçirilib.

Tərkibində silahlı birləşmələrin də mövcud olduğu İran kürdlərinə mənsub dörd əsas partiyanın mərkəzi qərargahları İraqın Kürdüstan regionunda yerləşir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG