İran prezidenti Həsən Ruhani ölkənin dəyərdən düşmüş valyutası olan rialdan dörd sıfrı kəsəcək qanun layihəsini parlamentə göndərib.
Ölkənin yarı rəsmi xəbər agentlikləri Ruhaninin bui qanun layihəsini parlamentin təcili olaraq nəzərdən keçirməsini istədiyini bildirir.
$1 dolların qiyməti 116,500 rialdır.
İran rialının dəyəri Birləşmiş Ştatlar prezidenti Donald Trumpın 2018-ci ildə Tehran və dünya güclərinın daxil olduğu nüvə sazişindən çıxması və İrana yeni sanksiyalar tətbiq etməsindən sonra kəskin şəkildə düşüb.
Bu addım milyardlarla dollarlıq ticarət sövdələşmələrinin dayanmasına səbəb olub və İranın xam neftinin xaricdə satışına əngəllər törədib.
Avqustun 21-də $1 dolların qiyməti 116,500 rial olub. 2015-ci ildə, nüvə anlaşması zamanı isə $1 dolların qiyməti 32,000 rial idi.
Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının bu il 6 faiz kiçiləcəyini və ABŞ sanksiyalarının təsirinə görə ölkədə inflyasiyanın 40 faizə çatacağını bildirib.