Accessibility links

İran sanksiyaların ləğv olunması qarşılığında nüvə müqaviləsinə geri dönməyi təklif edir


Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif

İran cümə günü ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə dünya liderləri ilə razılaşdırdığı nüvə razılaşmasının şərtlərinə əməl edəcəyini elan edib.

Sanksiyalar keçmiş ABŞ prezidenti Donald Trampın 2018-ci ildə müqavilədən çıxmasından sonra tətbiq edilib. O vaxtan bəri iki ölkə arasında münasibətlər gərginləşib.

"ABŞ Tramp tərəfindən yenidən tətbiq edilmiş sanksiyaları qeydsiz-şərtsiz ləğv edəndən dərhal sonra biz bütün bərpaedici tədbirləri həyata keçirəcəyik. #CommitActMeet", deyə İranın Xarici İşlər Naziri Cavad Zərif Twitter-də yazıb.

Zərifin bunu ABŞ Prezidenti Co Bayden administrasiyasının Trampın Yaxın Şərq güdrətini təcrid etməyi hədəfləyən "maksimum təzyiq kampaniyasın"-dan uzaqlaşaraq 2015-ci il müqaviləsini canlandırmaq üçün danışıqlara qatılmağa hazır olduğunu söylədikdən bir neçə saat sonra bildirib.

Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ 2015-ci ilin iyulunda o zamankı prezident Barak Obamanın vasitəçiliyi ilə İrandan iqtisadi imtiyazlar müqabilində nüvə proqramından ciddi şəkildə imtina etməsini tələb edən müqavilə imzalamışdılar.

Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü (Britaniya, Çin, Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları) və əlavə olaraq Almaniya tərəfindən razılaşdırılıb.

Bayden administrasiyası cümə axşamı Trampın İrana qarşı BMT-nin tətbiq etdiyi bütün sanksiyalarının bərpa olunmasına dair qərarını ləğv edib,bundan əlavə İranın BMT-ə təyin olunmuş diplomatlarının səyahətinə tətbiq olunan sərt məhdudiyyətləri yumşaldıb.

İran daha öncə bildirmişdi ki, ABŞ sankiyaları fevralın 23-ə qədər ləğv eməlidir, əks təqdirdə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qısa müddətli yoxlamaları qadağan edəcək.

XS
SM
MD
LG