Accessibility links

İran sanksiyalar götürülsə ABŞ-la danışıqlara hazırlığını bildirib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ-la danışıqlar aparmaq istədiyini deyib, lakin bunun üçün Vaşinqtonun İslam Respublikasına qarşı iqtisadi sanksiyaları aradan qaldırmalı olduğunu bildirib.

ABŞ 2015-ci ildə İran və dünya qüdrətləri arasında imzalanmış nüvə sazişindən çıxdıqdan sonra Tehrana qarşı sanksiyalar tətbiq edib. Beynəlxalq razılaşma ilə İranın sanksiyaların yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırması nəzərdə tutulur.

“Sanksiyalar aradan qaldırılsa, danışıqlar otağı geniş açılacaq”, Zərif NBC tele kanalına müsahibəsində bildirib.

BMT-də görüşlər keçirmək məqsədilə Nyu Yorkda olan Zərif bildirib ki, ABŞ razılıqdan çıxmaqla diplomatik yanaşmadan geri çəkilib.

İran xarici işlər naziri Birləşmiş Ştatları regional rəqiblər olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə milyardlarla dollar məbləğində silah satmaqla İranın ballistik raket proqramını təhlükə altına alaraq, Yaxın Şərqdə gərginliyin daha da artırılmasında ittiham edib.

“Amerikanın silahları regiona gəlsə, bu, regionda partlayış yaradacaq. Buna görə də əgər onlar bizim raketlərimiz haqda danışmaq istəyirlərsə, ilk növbədə, raketlər də daxil olmaqla, bizim regionumuza silah satışını dayandırmalıdırlar” – deyə, Zərif bildirib.

İranın ali dini rəhbəri Ayətullah Xameneyi çərşənbə günü ölkəsinin beynəlxalq razılıqla nəzərdə tutulmuş təəhhüdlərindən geri çəkilməyə davam edəcəyini bildirərək, Avropa ölkələrini sanksiyalarla qarşılaşmış İrana kömək üçün kifayət qədər iş görmədiyini deyib.

İran artıq razılaşmanın bəzi hissələrindən geri çəkilib və sənədi imzalayan digər ölkələrin sansksiyaların təsirinə məruz qalmış İran iqitisadiyyatına kömək etmədiyi halda, bu prosesi davam etdirəcəyi ilə hədələyib.

Tehran artıq uran ehtiyatlarının həcmini razılaşma ilə nəzərdə tutulduğundan daha yüksək həddə çatdırıb və uran zənginləşdirilməsi səviyyəsini artırıb.

XS
SM
MD
LG