Accessibility links

İran sanksiyalar ləğv edilmədiyi təqdirdə ABŞ-la danışıqları istisna edir


Arxiv fotosu - İranın xarici işlər nazirinin müavini Abbas Araqçı

İran Tehran ilə dünya güdrətləri arasında 2015-ci il nüvə razılaşmasının canlandırılması üçün gələn həftə Vyanada planlaşdırılan danışıqlarda ABŞ ilə danışıqlara qatılmayacağını bildirib.

“Biz Birləşmiş Ştatlarla Vyanada birbaşa və ya bilvasitə danışıqlar aparmayacağıq”, xarici işlər nazirinin müavini Abbas Araqçı aprelin 4-də iki ölkə arasında çoxtərəfli danışıqlara dair məlumatları təkzib edərək bildirib.

“İranın bu məsələdə siyasəti aydın və sadədir: Birləşmiş Ştatlar Vyana nüvə sazişinə qayıtmalı, müqaviləyə uyğun olaraq razılaşmanı yerinə yetirməli və İrana qarşı sanksiyaları ləğv etməlidir”, İran nümayəndə heyətinə rəhbərlik edən Araqçı deyib.

İran Xarici İşlər Nazirliyi aprelin 3-də tətbiq olunan sanksiyaların “mərhələli şəkildə” ləğvini rədd edərək, “İranın qəti siyasətinin ABŞ-ın bütün sanksiyaları ləğv etməsindən ibarət olduğunu” bildirib.

Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və İran diplomatları aprelin 6-da Vyanada Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək danışıqlarda iştirak edəcək. Altı ölkə ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilmiş sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə məhdudiyyətlərinə əməl etməsini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan razılaşmanın tərəfləri olaraq qalır.

Birləşmiş Ştatlar 2018-ci ildə Tehrana qarşı yenidən iqtisadi sanksiyalar tətbiq edən keçmiş prezident Donald Trumpın hakimiyyəti dövründə nüvə razlaşmasından birtərəfli qaydada çıxıb.

İran buna uran zənginləşdirilməsinin səviyyəsini artırmaq da daxil olmaqla, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən tədricən geri çəkilməklə cavab verib.

ABŞ prezidenti Co Bayden razılaşmanın canlandırılmasına hazır olduğuna işarə edib, lakin onun administrasiyası İranın əvvəlcə nüvə öhdəliklərinə qayıtmalı olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG