Accessibility links

İran təyyarənin vurulduğunu demək məcburiyyətində qalıb


İnsanlar Tehranın Əmir Kəbir Universitetinin qarşısında Ukrayna təyyarəsinin qəzası nəticəsində ölənlərin xatirəsini anır, 11 yanvar, 2020.
İnsanlar Tehranın Əmir Kəbir Universitetinin qarşısında Ukrayna təyyarəsinin qəzası nəticəsində ölənlərin xatirəsini anır, 11 yanvar, 2020.

İran rəsmiləri Ukrayna təyyarəsinin qəzası haqda həqiqəti yalnız uçuşla bağlı məlum dəlillərin iranlıların yalan söyləməyə davam etməsinə imkan verməcəyi aydın olduqdan sonra deməyə məcbur olublar. Bu haqda ABŞ-ın New York Times qəzetində dərc edilmiş məqalədə bildirilir.

Qəza çərşənbə günü baş vermişdi, lakin İran 176 sərnişin və ekipajı olan təyyarəni vurduğunu yalnız şənbə günü etiraf edib.

Hökumətin bir neçə gün yalan söylədiyi aydın olduqdan sonra İranın bir çox şəhərlərində yüzlərlə insan etiraz nümayişləri keçirərək, Ali dini rəhbər Ayətullah Əli Xameneyinin istefasına çağırıb və “Rədd olsun yalançılar”, “Diktatora ölüm” şüarları səsləndiriblər.

İranlı tələbələr Əmirkəbir Universitetinin qarşısında etiraz keçirir.
İranlı tələbələr Əmirkəbir Universitetinin qarşısında etiraz keçirir.

Şənbə günü İranın İnqilab Keşikçiləri Korpusu bu həftənin əvvəli Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

İnqilab Keşikçiləri Korpusunun komandiri Əmir Əli Hacızadə şənbə günü dövlət televiziyasında “Mən bütün məsuliyyəti üzərimə götürürəm və verilən hər hansı qərara tabe olacam” deyib. O deyib ki, təyyarənin aqibətini öyrənən zaman “ölmək istədim”.

New York Times qəzetində dərc edilmiş məqalədə deyilir ki, İran rəsmiləri həqiqəti söyləməyə məbur olublar, çünki “raket zərbəsi ilə bağlı dəlillər beynəlxalq təhqiqatçılara açıq şəkildə aydın olmuşdu”.

Təhqiqatçılar Ukrayna hava yollarına məxsus təyyarəsinin qalıqlarını araşdırır.
Təhqiqatçılar Ukrayna hava yollarına məxsus təyyarəsinin qalıqlarını araşdırır.

Ukrayna rəsmisi New York Times qəzetinə ölkənin ekspertlərinin “İranın qalıqları sənədləşdirməkdənsə, qalaq şəklində toplayaraq, təhqiqatı çətinləşdirmək səylərinə baxmayaraq”, qəza yerində informasiya topladıqlarını bildirib.

Təyyarə qəzası ilə bağlı təhqiqata rəhbərlik edən Ukrayna rəsmisi Oleksiy Danilov New York Times qəzetinə deyib ki, “Ukrayna təhqiqatçıları təyyarənin kabinasının yuxarı hissəsinin göründüyü kimi raket başlığının qəlpəsi ilə vurulmuş fraqmentlərini tapdıqdan sonra” iranlılar artıq bundan sonra qəzanın səbəbləri haqda yalan danışmağa davam edə bilməzdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG