Accessibility links

İran tankeri nasazlıq səbəbi ilə Qırmızı dənizə neft axıda bilər


1 milyon barrel neft daşıyan İran tankeri nasazlıq səbəbi ilə Qırmızı dənizə neft axıda bilər.

"Xoşbəxtlik 1" insidenti ABŞ-ın İran neftini idxal edən ölkələrin güzəştlərini ləğv etdiyi vaxta təsadüf edir.

ABŞ dövlət katibi bildirib ki, səkkiz alıcıya verilən bu imtiyazları başa çatdırmaqla Birləşmiş Ştatlar İran hökümətinə “maksimum təzyiq” tətbiq edəcək.

ABŞ Dövlət Departamenti bu addımı Tramp administrasiyasının İranın neft ixracını sıfıra endirmək və rejimin xaricdə terrorizm və zorakılığı maliyyələşdirmək üçün ehtiyacı olan gəlirini kəsmək vədinin həyata keçirməsi kimi qiymətləndirib.

Bu addım prezident Tramp Birləşmiş Ştatların İranın sanksiyalardan azad olmaq müqabilində nüvə proqramını məhdudlaşdıran beynəlxlaq sazişdən geri çəkilmək vədini həyata keçirmək yolunda atdığı ən son addımdır.

Tramp nüvə razılığından geri çəkildiyini 2018-ci ilin may ayında elan edib və yeni sanksiyalar noyabr ayında qüvvəyə minib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə imtiyazlar verliib.

O zamandan bəri İtaliya, Yunanıstan və Tayvan İrandan neft idxallarını dayandırıb.

Səudiyyə Ərəbistanının dövlət televiziyası və xəbər agentliyi rəsmilərin tankerdən mühərrikin sıradan çıxması və nəzarətin itirildiyi barədə həyəcan siqnalı aldığını bildirib.

Əməliyyata bir neçə hökumət agentliyinin cəlb edildiyi bildirilsə də, tankerdən neft sızması barədə məlumat verilməyib.

İranın dövlət IRNA xəbər agentliyi tankerin Ciddəyə transfer edildiyini bildirib. İnsident zamanı xəsarət alan olmayıb.

İran tankerdən neft sızdığını inkar edib.

XS
SM
MD
LG