Accessibility links

İran Ukrayna təyyarəsinin 25 saniyə fərqlə iki raketlə vurulduğunu bildirib


Arxiv fotosu - Tehranda Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların xatirəsi anılır, 11 yanvar, 2020.
Arxiv fotosu - Tehranda Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların xatirəsi anılır, 11 yanvar, 2020.

İran bazar günü Ukrayna sərnişin təyyarəsinin qara qutularının təhlilinin təyyarənin aralarında 25 saniyə fərqlə iki raket tərəfindən vurulduğunu və birinci partlayışdan sonra bəzi sərnişinlərin hələ də sağ olduğunu göstərdiyini bildirib.

İranın Mülki Aviasiya Təşkilatının rəhbərinin açıqlamaları iyul ayında təhlil edilmək üçün Fransaya göndərilmiş qara qutulardakı məlumatlarla bağlı ilk rəsmi hesabat sayılır.

Tehran Ukrayna təyyarəsinin yanvar ayında Birləşmiş Ştatlarla gərginliklərin yüksək həddə olduğu bir zaman təsadüfən vurduğunu bildirib. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

“Birinci raketin təyyarəni vurmasından 19 saniyə sonra pilotların kabinada səsləri sərnişinlərin sağ olduğuna işarə edirdi…25 saniyə sonra ikinci raket təyyarəni vurdu”- deyə dövlət televiziyası Turac Dehgani-Zanganeyə istinadən bildirib.

İran Ukrayna, Kanada və vurulmuş təyyarədə vətəndaşları olan və hadisə ilə bağlı hərtərəfli araşdırmaya çağıran digər ölkələrlə danışıqlar aparıb.

“Qara qutulardakı məlumatlar siyasiləşdirilməməlidir”, Zangane əlavə edib.

İranın İnqilab Keşikçiləri Ukrayna beynəlxalq hava yolları şirkətinə məxsus təyyarəni yanvarın 8-də Tehrandan havaya qalxandan az sonra yer-hava tipli raketlə vurub. Tehran sonradan Birləşmiş Ştatlarla qarşıdurma zamanı hərbi qüvvələrin yüksək hazırlıq səviyyəsinə gətirildiyi şəraitdə “fəlakətli səhvi” etiraf etmişdi.

İran və Ukrayna rəsmiləri hadisə qurbanlarının ailələrinə kompensasiyalarla bağlı danışıqlar aparıb. Danışıqların növbəti raundu oktyabr ayında keçirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG