Accessibility links

İran: Ukrayna təyyarəsinin qəzasına “insan səhvi” səbəb olub


İran bu ilin əvvəli 176 sərnişin daşıyan Ukrayna təyyarəsinin “insan səhvi” nəticəsində vurulduğunu iddia edir.

İranın Mülki Aviasiyasının rəhbərliyi bazar günü bildirib ki, radarın uyğunlaşdırılması üçün “prosedurun yerinə yetirilməsi zamanı insan tərəfindən səhvə görə sistemdə pozulma baş verib”.

İranın bildirdiyinə görə, bu, sistemdə “107 dərəcə” səhvin yaranmasına səbəb olub.

Ukrayna hava yollarına məxsus Boeing 737 təyyarəsinin vurulduğu gecə İran İraqda Amerika əsgərlərinin qərargahlandığı hərbi hava bazasına raket zərbələri endirib.

Raket hücumu İranın elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində öldürülməsinə cavab olaraq keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG