Accessibility links

İran uranın zənginəşdirmə səviyyəsini 20 faizədək artırmağı planlaşdırır


İran Birləşmiş Millətlər Təşkilatının nüvə agentliyinə dağın içində yerləşən Fordou təsisində uranın zənginləşdirmə səviyyəsini 2015-ci ildə imzalanan razılıqdan öncəki kimi 20 faizə artırmaq istədiyini bildirib. Bu barədə agentlik cümə günü xəbər verib.

Bu, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə razılığı bir az da pozmağı planlaşdırdığı barədə xəbərdarlıq edib. İran Vaşinqtonun razılıqdan geri çəkilməsinə və ABŞ-ın Tehrana qarşı sanksiyalar davam etməsinə cavab olaraq 2019-cu ildən başlayaraq razılığı pozmağa başlayıb.

Bu, İran parlamentinin ötən ay ölkənin baş nüvə aliminin öldürülməsinə cavab olaraq öldürülməsinə cavab olaraq qəbul etdiyi qərarda qeyd olunan tədbirlərdən biridir. İran alimin qətlinə görə İsraili günahlandırır. İranın bu cür addımları ABŞ prezidentliyinə seçilmiş Co Baydenin nüvə razılığına geri dönmək səylərini çətinləşdirə bilər.

“İran agentliyə bildirib ki, ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi qərara uyğun olaraq İranın Atom Enerjisi Təşkilatı Fordou Yanacaq Zənginləşdirmə Stansiyasında uranı 20 faiz zənginləşdirmək niyyətindədir,” Beynəlxalq Atom Enerjisi Agetnliyi bəyanatında bildirib.

Reutersin əlinə keçən Beynəlxalq Atom Enerjisi Agetnliyinin cümə günü üzv ölkələrə ünvanladığı hesabatda da İranın dekabrın 31-də agentliyə yolladığı məktubla bağlı bənzər ifadələr işlədilib.

“İranın agentliyə ünvanladığı məktubda zənginləşdirmənin nə zaman həyata keçirləcəyinə dair məlumat yoxdur,” bəyantada qeyd olunur.

Fordou hava hücumlarından qorunmaq üçün dağın içində inşa edilib və 2015-ci ildə əldə olunan razılıqda həmin təsisdə uranın zənginləşdirilməsinə icazə verilmir.

İran razılıqda təyin olundan 3.67 fazilik limiti aşaraq sazişi pozsa da, uranı maksimum 4.5 faizədək zənginləşdirib.

Razılığın əsas məqsədi İranın nüvə bombası üçün kifayət qədər fisil izotopu inkişaf etdirməsi üçün lazım olan vaxtı iki-üç Aydan azı bir ilə qədər uzatmaq idi. Razılıq həmçinin Tehrana qarşı beynəlxalq sanksiyarı aradan qaldırmışdı.

ABŞ-ın kəşfiyyat agentlikləti və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın gizli, koordinasiyalaşdırılmış nüvə sialh proqramının olduğunu və 2003-cü ildə onu dayandırdığına inanır. İran isə bunu inkar edir.

XS
SM
MD
LG