Accessibility links

İran uran istehsalına tətbiq olunan limiti keçib


İran bazar ertəsi 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılıqda icazə verilən az zənginləşdirilmiş urana tətbiq olunan limitdən daha çox uran istehsal etdiyini açıqlayıb. Bu, Birləşmiş Ştatlar razılıqdan geri çəkiləndən bəri sazişi pozan ilk böyük addımdır.

İranın nüvə proqramına nəzarət edən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın limiti keçdiyini təsdiq edib.

Bu addımın Avropa ölkələri Birləşmiş Ştatlar və İranı müharibənin astanasından geri çəkməyə çalışdığı bir vaxt diplomatiyaya böyük təsirləri ola bilər.

Prezident Donald Trampın ötən il Barak Obamanın hakimiyyəti dövründə imzalanan nüvə razılığından geri çəkilmək qərarına qarşı çıxan avropalılar İranı razılığa əməl etməyə çağırıb.

İran bildirib ki, bunu etməyə çalışacaq, lakin Trampın tətbiq etdiyi sanksiyalar Tehranı sazişin irəli sürdüyü imtiyazlardan məhrum etdiyi təqdirdə bunu etməyə davam edə bilməyəcək.

Xarici işlər naziri Məhəmməd Cavad Zərid deyib ki, İran daha öncə xəbərdarlıq etdiyi kimi limiti keçib: “Biz çox şəffaf şəkildə nə edəcəyimizi söyləmişdik.”

İran may ayında Trampın sanksiyaları sərtləşdirməsindən sonra zənginləşdirilmiş uranın istehsalını sürətləndirəcəyini bildirmişdi. Vaşinqton bütün ölkələrə İran neftini almağa son qoymalarına dair göstəriş verib və əks təqdirdə sanksiyalarla üzləşəcəklərini bildirib. Tehran isə bunu İran xalqına aclıq çəkdirmək üçün hazırlanmış "iqtisadi müharibə" adlandırır.

XS
SM
MD
LG