Accessibility links

İran uran zənginləşdirilməsi proqramını davam etdirəcək


İran parlamentinin spikeri Əli Laricani Tehranın aşağı səviyyəli uran zənginləşdirilməsi proqramını davam etdirəcəyini bəyan edib. O, proqramın dünya qüdrətləri ilə əldə edilən nüvə sazişi çərçivəsində həyata keçiriləcəyini deyib.

Vaşinqton ötən cümə günü İranı bu proqramı dayandırması və nüvə stansiyasını genişləndirməsi səylərini dayandırmağa vadar etməyə çalışıb.

"Nüvə sazişinə əsasən İran ağır su istehsal edə bilər və bu, razılığın şərtlərinin pozulması demək deyil. Biz uran zənginləşdirilməsi fəaliyyətlərini də davam etdirəcəyik" - deyə, yarı-rəsmi İSNA xəbər agentliyi Laricaniyə istinadən bildirib.

Ağır su nüvə başlıqları üçün yanacaq kimi istifadə edilən pluton istehsalında mühüm elementdir.

ABŞ sanksiya güzətlərini ləğv etməklə İrana 300 kq.-lıq məhdudiyyət təbiq edib.

Həsən Ruhani
Həsən Ruhani

İran Vaşqintonun aşağı səviyyəli uran zənginləşdirilməsinin dayandırılması tələblərini rədd edərək, bundan elektrik istehsalı üçün istifadə edildiyini bildirir.

İndiyədək İranın Natanza nüvə obyektində əldə edilən uranın 300 kq-lıq limitə çatmadan Rusiyaya göndərməsi imkanı var idi.

ABŞ bundan əlavə sanksiya güzəştləri olmayacağını bildirərək, İranın Arak obyektində istehsal edilən ağır suyun Omanda saxlanması üçün məhdidiyyəti 300 ton elan edib.

İran prezidenti Həsən Ruhani şənbə günü bildirib ki, Tehran neft və qeyri-neft sektoru mallarının idxalı ilə ABŞ sanksiyalarına müqavimət göstərməlidir.

ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun sözlərinə görə, Amerika Birləşmiş Ştatları İranla əlaqəli bir sıra narahatedici əmrlər və xəbərdarlıqlardan sonra Yaxın Şərqə qırıcı təyyarə daşıyıcısı və bomba hədəf qrupu göndərir.

Bazar günü axşam açıqlamasında Bolton bu addımların "İran rejiminə ABŞ və ya onun müttəfiqlərinə qarşı hər bir hücumunun dayandırılmayan bir güclə qarşılanacağını açıq və sarsılmaz bir siqnal göndərmək üçün" atıldığını söyləyib.

XS
SM
MD
LG