Accessibility links

İran uranın müasir səviyyədə zənginləşdirilməsi prosesini nəzərdən keçirir


İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi

İranın nüvə proqramının rəhbəri İslam Respublikasının Tehrandakı reaktorda uranın müasir səviyyədə 20 faiz zənginləşdirilməsi prosesi üzrə ilkin tədbirlərə başlamağa hazır olduğunu bildirib. İran rəsmisinin açıqlaması Tehranla beynəlxalq nüvə razılaşmasının təhlükə altında olmasına dair işarə kimi dəyərləndirilir.

Əli Əkbər Salehinin İran televiziyası vasitəsilə verdiyi açıqlama beynəlxalq ictimaiyyətə təzyiqləri artırır, çünki uranın 20 faiz zənginləşdirilməsi İranın 2015-ci il nüvə razılaşmasının şərtlərindən çıxması deməkdir.

ABŞ prezidenti Donald Tramp keçən il may ayında Birləşmiş Ştatların İranla dünya qüdrətləri arasında 2015-ci ildə Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə razılaşmadan çıxdığını elan edib. Tramp ABŞ-ın razılaşmadan çıxmasından sonra İrana qarşı iqtisadi sanksiyaları yenidən bərpa edib.

BMT müfəttişləri indiyə kimi İranın razılaşmanın şərtlərinə əməl etməyə davam etdiyini bidirir. Bu şərtlərə əsasən, uran zənginləşdirilməsi 3.5 faiz səviyyəsinə qədər məhdudlaşdırılır.

İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi İranın müasir səviyyədə uran zənginləşdirilməsi prosesinə “demək olar hazır olduğunu” bildirib, lakin təfərrüatlara varmayıb.

Tehrandakı reaktor 1967-ci ildə İrana Amerika Birləşmiş Ştatları tərəfindən verilib.

XS
SM
MD
LG