Göyərtəsində ümumi dəyəri 45 milyon dollarlıq benzin və digər yanacaq məhsulları olduğu düşünülən 5 tanker İrandan Venesuelaya doğru yola düşüb. ABŞ-ın sanksiyalar tatbiq ediyi hər iki ölkənin bu əməliyyatı Tehranla Vaşinqton arasındakı gərginliyin daha da artmasına səbəb olub.
Tankerlər Venesuelanın komunist lideri Nikolas Maduronun ölkədə hökm sürən xaos və benzin çatışmazlığı səbəbi ilə neft emalı üçün lazım olan kimyəvi maddələrlə bağlı İrana müraciət etməsindən sonra yola düşüb. Venesuela Latin Amerikasındakı ən böyük neft hasilatçısıdır.
Tehranın bu addımı İranı idarə edən dini hakimiyyət üçün olduqca vacib gəlir və hazırda hər iki ölkəyə qarşı maxsimum kampaniyalar aparan Tramp administrasiyasına qarşı bir təzyiq metodudur.
Lakin bu strategiya Fars körfəzində olduqca gərgin vəziyyətlə qarşı-qarşıya duran ABŞ və İranı yeni bir qarşıdurmaya sürükləməsinə səbəb ola bilər.
Dənizdə benzin daşımalarını izləyən Refinitiv şirkətinin analitiki Rafit Raja "bu vəzyyət hər kəs üçün yenidir " deyərək bildirir ki, "belə bir şeyi daha əvvəl görməmişdik".
Gəmilərin hamısı İran bayrağı altında üzür və gəmilər İran hökümətinə və ya hökümətə işləyən şirkətlərə məxsusdur.
Rajanın sözlərinə görə, gəmilərin hamısı benzin istehsal edən İranın Bəndər Abbas yaxınlığındakı Fars körfəzinin Ulduzu Emalı Zavodundan yüklənib.
Gəminin Avtomatik İdarəetmə Sistemindən ələdə edilən informasiyaya əsasən bundan sonra gəmilər Ərəbistan yarımadası və Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxıb.
Gəmi izləmə saytı MarineTraffic.com-dan daxil olan məlumatlara görə, gəmilərdən biri izlənmə sisteminə 12 maydan etibarən çatma məntəqəsini Karakas olaraq qeyd edib. Lakin iki gün sonra çatma məntəqəsi "SİFARİŞDİR" - deyə, qeyd edilib. Başqa bir tanker isə izlənmə sistemində çatma məntəqəsinin adını "C. Amerika üçün sifariş" - deyə, bildirib.