Accessibility links

İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək


İran şənbə günü bildirib ki, ordusunun bu ay vurduğu Ukrayna hava yollarına məxsus təyyarənin qara qutularını Ukraynaya göndərir. Bu insident İranda iğtişaşlara və xarici ölkələrin Tehrana təzyiq göstərməsinə səbəb olub.

İranın Tasnim xəbər agentliyi bildirib ki, rəsmilər Fransa, Kanada və Birləşmiş Ştatlardan ekspertlərin yanvarın 8-də vurulan təyyarənin qara qutularından əldə olunan məlumatları yoxlamalarını istəyir.

Onlar qara qutuların nə zaman Ukraynaya göndəriləcəyini bildirməyib.

176 nəfərin ölümü ilə nəticələnən qəza İrana qarşı beynəlxalq təzyiqləri artırıb.

Təyyarə İran ABŞ-dan hücum gözlədiyi vaxt səhvən vurulub. Lakin ordu bunu bir neçə gün sonra etiraf edib və bu, etirazlara səbəb olub.

İranda etirazlar
İranda etirazlar

İranın Mülki Aviasiya Təşkilatının qəza istintaqı bölməsinin direktoru Həsən Rəzaifar deyib ki, məqsəd “Fransa, Kanada və Amerikadakı mütəxəssislərin yardımı ilə” qara qutulardakı məlumatları əldə etməkdir.

“Əgər bu səylər uğurlu nəticələnməsə, qara qutu Fransaya göndəriləcək”, o deyib və əlavə edib ki, qara qutular Tehrandakı ukraynalı mütəxəssislərin tələbi ilə Kyievə göndərilir və onlar İranda yoxlanılmayacaq.

ABŞ-da istehsal olunan Boeing 737-800 təyyarəsi Tehrandan Ukrayna paytaxtına doğru istiqamət edirdi. Təyyarədəki insanların çoxu iranlılar ya da kanadalı-iranlılar idi. Kanadanın ümumilikdə 57 vətəndaşı təyyarədə idi.

Qəza ilə bağlı hərtərəfli istintaqın aparılmasına çağıran Kanadanın baş naziri Castin Trudo cümə günü deyib ki, İran qara qutuları Fransaya göndərməlidir.

Kompensasiya çağırışı

O, mətbuat konfransında deyib ki, Fransa təyyarənin qara qutularındakı məlumatları əldə edə biləcək çox az sayda ölkələrdən biridir. O həmçinin qara qutuların çox zərər gördüyünü bildirib.

Kanadanın baş naziri Castin Trudo
Kanadanın baş naziri Castin Trudo

Kanadanın Xarici İşlər Nazirliyi və baş nazirin ofisi qara qutuların Ukraynaya göndərilməsi ilə bağlı dərhal şərh verməyib. Fransanın Xarici İşlər Nazirliyi də dərhal şərh verməyib.

ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası da şərh verməyəcəyini söyləyib.

Ukrayna daha öncə İranın qara qutuları Ukraynaya verməsini gözləndiyini bildirmişdi. Xarici işlər naziri həmçinin İran nümayəndələrinin gələn həftə Kyivə səfər etməsini gözləyir.

Təyyarədə vətəndaşlarının olduğunu Kanada, Ukrayna, İsveç, Əfqanıstan və Britaniya hərtərəfli istintaqa və qurbanların ailələrinə kompensiyasiya ödənilməsinə çağırıb.

Təyyarə İran ABŞ-ın İranın komandirini öldürməsinə cavab olaraq Birləşmiş Ştatların İraqdakı bazalarına raket hücumu etməsindən bir neçə saat sonra vurulub.

XS
SM
MD
LG