Accessibility links

İran xəbərdarlıq edir ki, ABŞ sanksiyaları yüngülləşdirməsə, nüvə razılığı təhlükə altına düşə bilər


Məhəməd Cavad Zərif

İranın xarici işlər naziri xəbərdarlıq edib ki, ABŞ fevralın 21-dək Yaxın Şərq qüdrətinə qarşı sanksiyaları yüngülləşdirməsə İran nüvə razılığını daha da təhlükəyə atacaq.

Məhəmməd Cavad Zərif şənbə günü İranın Həmşəhri qəzetində dərc olunan müsahibəsində deyib ki, bu yaxınlarda qəbul eidlən qanun layihəsi hökuməti məsələ ilə bağlı mövqeyini möhkəmləndirməyə məcbur edir. O həmçinin qeyd edib ki, iyun ayında sərt xətt tərəfdarı prezidentin mümkün seçimi razılığı təhlükəyə atacaq.

“Amerikalıar üçün vaxt daralır, həm parlamentdəki qanun layihəsi həm də İran Yeni ilindən sonrakı seçki mühitinə görə,” Zərif deyib.

İranın yeni ili martin 21-də, parlament sərt xətt tərəfdarlarının rəhbərliyi ilə sanksiyaların yüngülləşdirilməsi üçün iki aylıq möhlət qoan qanun layihəsini qəbul etməsindən üç ay sonra başlayır.

2018-ci ildə sabiq ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran və bir neçə dünya qüdrətinin imzaladığı razılıqdan geri çəkilərək, sazişin İranın raket proqramını və Yaxın Şərqdə artan nüfuzunu məhdudlaşdırmadığını iddia edib.

İran ötən ay Fordou zavodunda uranın zənginləşdirmə səviyyəsini yenidən 20 faizədək artırıb. İran rəsmiləri ötən həftə deyib ki, zənginləşdirmə səviyyəsi Natanz təsisində də artırılıb.

Uzun zaman Trampın sazişdən çıxmaq qərarını tənqid edən ABŞ Prezidenti Co Bayden Tehran sazişə ciddi şəkildə əməl etməyə davam etdiyi təqdirdə razılığa geri dönməyi vəd edib.

Razılığa əsasən, İranın bəzi nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində İrana qarşı bəzi sanksiyalar aradan qaldırılıb. İran razılığa əməl etməyə başlamadan öncə ABŞ-ın sanksiyaları aradan qaldırmasını tələb edib və daha geniş təhlükəsizlik məsələləri ilə bağlı danışıq aparmağı rədd edib.

Bayden prezident seçkisində qalib gələndən bəri Tehranla bağlı açıq şəkildə çox çıxış etməyib, lakin ABŞ-da bəzi media xəbərlərində bildirilib ki, administrasiya razılığa yenidən qoşulub-qoşulmamağı müəyyən etmək üçün səssizcə İranın nüvə və raket proqramı, eləcə də Tehranın regiondakı fəaliyyəti ilə bağlı işlər görür.

CNN-nin məlumatına görə, Baydenin İran üzrə xüsusi elçii Robet Malli bu dilemmaya həll yolu tapmağa çalışan bir neçə yüksək səviyyəli rəsmidən biridir. Malli İranla bağlı müxtəlif perspektivlərə malik bir komanda yaradır və bunun üçün Konqres üzvləri ilə əlaqə qurur.

Dövlət katibi Antoni Blinken cümə günü avropalı müttəfiqləri ilə danışıb, Ağ Evin Milli Təhlükəsizlik Şurası isə İranın nüvəni zənginləşdirmə fəaliyyətini və növbəti addımları müzakirə etmək üçün yüksək səviyyəli görüş küçirib.

Bayden administrasiyassı həmçinin ABŞ-ın sərt iqtisadi sanksiyalarının İrana vurduğu maddi zərərləri azaltmağın yollarını axtarır.

Administrasiyanın planları ilə yaxından tanış olan dörd nəfərin Bllomberg News-a bildirdiyinə görə, buna Tehrana Beynəlxalq Valyuta Fondundan koronavirusla mübarizə üçün kredit almağa yardım etmək və ölkəyə koronavirusla mübarizə üçün beynəlxalq yardım almaq səylərinə maneə törədən sanksiyaları yüngülləşdirmək daxildir.

Mənbələr həmçinin bildirib ki, Bayden Trampın razılıqdan geri çəkilmək qərarını ləğv edən sərəncam imzaalaya bilər. Bundan əlavə onların dediyinə görə, neftlə zəngin ölkənin qlobal bazarda neft satmasına imkan vermək üçün sanksiyaların aradan qaldırıması nəzərdən keçilmir.

XS
SM
MD
LG