Accessibility links

İran yeni qanadlı raket istehsal edib


İran yeni qanadlı raketini nümayiş etdirib.

1300 kilometrlik məsafəni qət edə bilən raket ran islam inqilabının ildönümü münasibətilə nümayiş etdirilib.

Reutersin məlumatına görə, ABŞ-ın etirazı və Avropa dövlətlərinin narahatlığına baxmayaraq, İran raket proqramının genişləndirilməsi istiqamətində növbəti addım atıb.

Tehran dəfələrlə bəyan edib ki, raket proqramı yalnız özünümüdafiə məqsədi daşıyır.

İranın müdafiə naziri Əmir Hatəmi fevralın 2-də keçirilən mərasimdə bildirib ki, yeni raket çox qısa bir zamanda buraxıla bilər və aşağı yüksəklikdən uça bilir.

Yer-yer tipli bu raket 2015-ci ildə İran ordusuna verilmiş “Soumar” adlı qanadlı raketlər ailəsindəndir.

İran inqilab qvardiyası aerokosmik diviziyasının komandanı Əmirəli Hacizadə bildirib ki, yerli mühəndislər qanadlı raketlər üçün lazım olan reaktiv mühərriklərlə bağlı problemləri artıq aradan qaldırıb.

Onun sözlərinə görə, İran hazırda lazım olan bütün silahları istehsal edə bilər.

XS
SM
MD
LG