Accessibility links

İran yeni uzaqmənzilli raketini nümayiş etdirib


İran müdafiə naziri Əmir Hatəmi
İran müdafiə naziri Əmir Hatəmi

İran 1979-cu il İslam İnqilabının ildönümü mərasimi zamanı 1300 kilometr məsafəni qət edə bilən yeni kruiz raketini nümayiş etdirib.

“Bu kruiz raketi çox qısa müddətdə hazır vəziyyətə gətirilə və aşağı hündürlüklərə uça bilir.” – deyə mərasim zamanı müdafiə naziri Əmir Hatəmi bildirib.

Hatəmi əlavə edib ki, Hoveyzə adlanan yer-yer tipli raket 2015-ci ildə elan edilən Sumar kruiz raketləri ailəsinə daxildir.

Bu kruiz raketi çox qısa müddətdə hazır vəziyyətə gətirilə və aşağı hündürlüklərə uça bilir.
İran müdafiə naziri Əmir Hatəmi

Qərb ekspertləri İranın silah imkanlarını tez-tez şişirtdiyini desə də, ölkənin uzaqmənzilli ballistik raketləri ilə bağı narahatlıqlar mövcuddur.

İnqilab Keşikçiləri Ordusunun aviasiya-fəza diviziyasının rəhbəri Əmiralı Hacızadə mərasimdə İranın kruiz raketləri üçün mühərrik istehsalında ilkin problemləri aradan qaldırdığını və indi müxtəlif növ silah istehsal edə biləcəyini bildirib.

Vaşinqton keçən ay İrana planlaşdırılan üç raket sınağı ilə bağlı xəbərdarlıq edib və ölkənin bu fəaliyyət zamanı ballistik raket texnologiyasını istifadə etdiyinə görə BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozacağını bildirib.

İranın aparıcı qüdrətlərlə 2015-ci ildə imzaladığı nüvə sazişi əsasında qəbul edilmiş BMT qətnaməsi ölkənin səkkiz il ərzində nüvə silahlarını daşımaq üçün hazırlanmış ballistik raket sınağından imtinasını təsbit edir.

İran isə öz növbəsində raket sınaqlarının qətnaməni pozmadığını bildirir və raketlərin nüvə başlıqlarını daşımaq imkanlarına malik olduğunu rədd edir. Tehran bu raketlərin müdafiə məqsədi daşıdığını deyib və raket proqramı ilə bağlı danışıqlarından imtina edib.

XS
SM
MD
LG