Accessibility links

İran yeni yer-hava raketlərini nümayiş etdirib


İran dövlət mediasının verdiyi xəbərə görə, İslam Respublikası avqustun 22-də özünün istehsal etdiyi uzun mənzilli yer-hava raket sistemi kimi xarakterizə etdikləri raketləri nümayiş etdirib.

Yeni raket sistemin təqdimatı İranın Milli Müdafiə Sənayesi Gününə təsadüf edib.

Bu açıqlama İran və ABŞ arasında gərginliyin artdığı bir zamanda verilib. İran iyun ayında Körfəzdə ABŞ-ın hərbi dronunu yer-hava raketi ilə vurub. İran dronun ərazisinin üstündən keçdiyini, ABŞ isə beynəlxalq hava məkanında olduğunu söyləyib.

Dövlət televiziyası prezident Həsən Ruhaninin İran mediasının Rusiyanın S-300 raket sisteminə rəqib olaraq adlandırdığı Bavar-373 raket sisteminin açılış mərasimində iştirak etdiyini göstərib.

Yeni raket sistemin təqdimatı İranın Milli Müdafiə Sənayesi Gününə təsadüf edib. İran bir çox silah idxalına əngəl olan beynəlxalq sanksiyalar və embarqolar qarşısında iri yerli silah sənayesini inkişaf etdirib.

Qərbin hərbi təhlilçiləri deyirlər ki, İran tez-tez öz silah imkanlarını şişirdir. Tehranın uzun mənzilli ballistik raket proqramı ilə əlaqəli olaraq Vaşinqton keçən il 2015-ci ildə İranın dünya gücləri ilə bağladığı nüvə anlaşmasını tərk edib və İrana sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG