Accessibility links

İranda anti-hicab etirazlarının simvolu olan qadın 1 ilik həbsə məhkum olduqdan sonra əfv edilib


Vida Movahed

İranda məcburi baş örtüyünü ictimaiyyət qarşısında itaətsizlik əlaməti olaraq çıxararaq, hijab əleyhinə etirazları ilhamlandıran gənc qadın bir il müddətinə həbsə məhkum edilib, lakin onun vəkilinin bildirdiyinə görə, ali dini rəhbər tərəfindən əfv olunub.

Vəkil Payam Derefşan aprelin 14-də bildirib ki, məhkəmə 2018-ci ilin noyabr ayında həbs edilmiş Vida Movahidi mart ayında ictimaiyyəti "əxlaqsızlığa" təşviq etməkdə günahkar tanıyıb.

Vəkilin bildirdiyinə görə, Movahidin adı əfv siyahısında olsa da, onun azadlığa buraxılması ilə bağlı prosedurlar hələ davam edir.

İranda hicab əleyhinə qarşı etiraz edən qadın
İranda hicab əleyhinə qarşı etiraz edən qadın

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Ali dini rəhbəri Ayətullah Əli Xameneyi bəzi hallarda əfv elan edir.

“İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahid 2017-ci il dekabrın 27-də baş örtüyünü çıxarıb, onu havada yellədəndən sonra qısa müddətə həbs edilmişdi.

İran qadınları məcburi baş örtüyü - hicaba etiraz edir
İran qadınları məcburi baş örtüyü - hicaba etiraz edir

Movahidin bu hərəkəti İranda digər qadınlar tərəfindən dəstəklənmiş və onlar ictimaiyyət qarşısında məcburi baş örtüyünü çıxararaq itaətsizlik nümayiş etdirməyə başlamışdı.

İran rəsmiləri bundan sonra daha 29 qadını saxlamışdı.

İranda 1979-cu ildə İslam inqilabından sonra qadınlara məcburi baş örtüyü və ictimai yerlərdə saçları və bədənlərinin örtülməsi tələb olunan geyim tərzi tətbiq edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG