Accessibility links

İranda beş azərbaycanlı fəal məhkəməyə çağırılıb


İranın Gilan vilayətinin mərkəzi olan Rəşt şəhərində yaşayan beş güneyli fəal İnqilab Məhkəməsi tərəfindən çağırılıb.

Bu barədə insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Fəalların məhkəməyə çağırılmasına səbəb onların Dağlıq Qarabağda hərbi münaqişə zamanı Azərbaycanın mövqeyinə dəstək mitinqlərində iştirak etməsi olub.

Noyabrın 15-də Vədud Əsədi, Məhəmməd Eyni, İbrahim Gənci, Vəhid Beygzadə və Məhəmməd Şiri məhkəmə tərəfindən göndərilən bir elektron bildirişdə Rəşt şəhərinin İnqilab Prokurorluğunun 10-cu şöbəsinə çağırıldığı bildirlir.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişə görə, həmin milli fəallardan son müdafiələrini təqdim etmək üçün beş gün ərzində bu şöbəyə getmələri istənilib.

Oktyabrın 18-də Vədud Əsədi, Məhəmməd Eyni ilə İbrahim Gənci Rəşt şəhərində Azərbaycan ordusuna dəstək və İran-Ermənistan sərhəd keçid bölgəsinin qapadılmasını tələb etmək məqsədi ilə keçirilən mitinqdə İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edildilər.

İbrahim Gənci iyul ayında fəaliyyəti dayandırılmış Gilan Universitetində nəşr olunan "Yağış" jurnalının müdiridir.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG