Accessibility links

İranda etirazların davam etdiyi zaman İnternetə çıxış bağlanıb


İranda davam edən etiraz nümayişləri fonunda İnternetə çıxış və mobil əlaqə kəsilib.

Kütləvi etirazlar noyabrın 15-də hökumətin benzinin qiymətini 50 faiz artırmasından sonra bir neçə şəhərdə başlayıb və tədricən ölkənin başqa şəhərlərinə yayılıb. İran hökuməti bu addımla ABŞ-ın sanksiyaları ilə qarşılaşan ölkədəki iqtisadi probleblərin həll edilməsinin mümkün ola biləcəyini bildirir. İranın kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, ölkənin azı 40 şəhərində yanacaq qiymətlərinin artırılmasının ardınca kütləvi etiraz nümayişləri keçirilir.

Sosial mediada yayımlanan fotolar və video görüntülərdə insanların hökumət əleyhinə şüarlar səsləndirildiyi də göstərilir. Bəzi video görüntülərdə etirazçıların maliyyə müəssisələrini yandırdığını, polisin zorakılıq tətbiq etdiyini görmək mümkündür.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi hökumətin yanacaq qiymətlərini artırması qərarını dəstəkləyib və etirazçıları əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb.

Etirazlarda neçə nəfərin yaralandığı, öldüyü və ya həbs edildiyi haqda müstəqil mənbələr tərəfindən təsdiq edilmiş məlumat yoxdur. İran rəsmiləri şənbə günü bir nəfərin öldüyünü bildirib. Lakin bir sıra video görüntülərdə insanların ağır yaralandığı göstərilib.

İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün, ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.

İranda bundan öncə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində iqtisadi durumla bağlı geniş etirazlar baş qaldırmışdı. O zaman İran polisi və İnqilib Keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələri ilə toqquşmalarda onlarla insan həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG