Accessibility links

İranda etirazlar davam edir


Hökumətin “Iran daily” qəzeti Məşhəd, Kərəc və Şiraz şəhərlərində “dağınıq və icazəsiz mitinqlər” keçirildiyini yazır.

Qəzet nümayişlərdən bəzilərinin “polis qüvvələrinin müşayiəti ilə” bitdiyini qeyd edib.

IRNA dövlət xəbər agentliyinin yazdığına görə, Fars vilayətinin paytaxtı Şirazda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.

Xəsarət alanlar, yaxud həbslər barədə məlumat yoxdur.

AzadlıqRadiosu-na göndərilmiş həvəskar videoda onlarla etirazçı “Qiymət artımı, inflyasiya istəmirik” şüarları səsləndirib.

Məşhəd şəhərində 100-dən çox etirazçının “iqtisadi korrupsionerlərə” qarşı tədbirlər tələbilə oxşar yürüş keçirdiyi xəbər verilir. Bu haqda Fars xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Yaqubəli Nəzəri etirazçılarla görüşüb və bu, “polis müdaxiləsi” ilə başa çatıb.

İranın mərkəzindəki İsfahan şəhərində isə etirazçıların polis qüvvələrinə daş atdığını göstərən video AzadlıqRadiosu-na göndərilib.

BBC polis əməkdaşlarının kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaza əl atdıqlarını xəbər verir.

İsfahandan şimalda yerləşən Şahin Şəhrdə onlarla kişi və qadın əllərini bir-birinə vurur, digərlərini də onlara qoşulmağa çağırıb.

Avqustun 1-də iranlı deputatlar prezident Həsən Ruhaniyə bir ay vaxt veriblər ki, parlamentdə onların iqtisadi durumla bağlı suallarını cavablandırsın.

Prezidentə göndərilən məktubda 200-dək deputat hökumətdə “maksimum silkələnmə”yə çağırırlar.

XS
SM
MD
LG