Accessibility links

İranda etirazlar xalq üsyanına çevriləcəkmi?


İranda etirazlar xalq üsyanına gətirib çıxaracaqmı?
please wait

No media source currently available

0:00 0:02:17 0:00

İranda etirazlar xalq üsyanına çevriləcəkmi?

İranda ordunun Ukrayna təyyarəsini vurması səbəbilə günlərədir davam edən nümayişlər insanların hökümətə qarşı daha dərin etirazını əks etdirir. Nümayişlər İran höküməti təyyarəni vuraraq, əksəriyyətinin iranlı olan 176 nəfərin ölümünə səbəb olduğunu etiraf edəndən sonra başlayıb. Belə görünür ki, bu insidentin insanların qəzəbini Amerikanın İran generalını öldürməsindən İran rəhbəliyinə və onların siyasi repressiyasına doğru yönəldib.

Nümayişlərdə yüzlərlə etirazçı İranın islamçı liderlərini qınayıb. Təhlilçilər isə deyir ki, bunun xalq qiyamının başlanğıcı olub-olmadığını demək üçün çox tezdir.

Mənim gözləntim odur ki, nümayişlər, miqyasından asılı olmayaraq, əslində o qədər də böyük deyil və bundan sonra da böyümək ehtimalı azdır.
Maykl O'Hanlon

“Mənim gözləntim odur ki, nümayişlər miqyasından asılı olmayaraq, əslində o qədər də böyük deyil və bundan sonra da böyümək ehtimalı azdır”, Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirir.

Tələbələrin başçılıq etdiyi etirazlar İranın səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonraya təsadüf edib. Nəticədə təyyarədəki sərnişin və ekipaj üzvlərinin hamısı həyatını itirib.

İran bu həftə təyyarənin vurulması ilə əlaqədar bir neçə nəfərin həbs oldunuğunu elan edib. Hadisə İran generalı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqda ABŞ-ın hərbi bazasına raket hücumu etdiyi gecə baş verib.

Sosial mediada yayılan videoda nümayişçilərin Süleymaninin şəklini yırtdıqları və polisin onlara qarşı sıxdığı gözyaşardıcı qazdan qaçdıqları göstərilir. Çox sayda etirazçı həbs olunub.

Süleymani üçün keçirilən kütləvi dəfn mərasimində iştirakçılar Amerikaya qarşı qisasa çağırıb. Dəfn mərasimindən sonra da etirazlar keçirilib.

Bundan öncə noyabr ayında hökümətin benzin qiymətini 50 faiz artırdığını elan etməsindən sonra da etirazlar keçirilmişdi. Həmin etirazların bəzilərində təhlükəsizlik qüvvələri silahsız nümayişçilərə atəş açmışdı.

“Rejim daha öncə dəfələrlə təhlükə hiss edəndə təqiblərə əl atıb”, Atlantika Şurasından Vilyam Veksler bildirir.

Iranda etiraz
Iranda etiraz

ABŞ-ın İranı balistik raket proqramını məhdudlaşdırmağa və regiondakı yarı-hərbi dəstələrə dəstəyinə son qoymağa məcbur etmək məqsədilə tətbiq etdiyi sankiyalar ölkə iqtisadiyyatına böyük ziyan vurub. Bu da ölkədə iğtişaşlara səbəb olub. Lakin təhlilçilər deyir ki, sanksiyalar həm də anti-Amerika ab-havası da yaradıb.

“İranlılar çox aqressiv Birləşmiş Ştatlarla çox repressiv İslam respublikası arasına ilişib qaldıqlarını və bu hökümətlərdən heç birinin onlarla maraqlanmadığını düşünür”, Beynəlxalq Böhran Qrupundan Əli Vaiz bildirir.

Tehran isə öz növbəsində boyun əymir və daha öncə uranın zənginləşdirməsini məhdudlaşdıran nüvə razılığına əməl etməyəcəyini elan edib. İranın bu addımı isə beynəlxalq sanksiyaların bərpasına gətirib çıxara bilər.

XS
SM
MD
LG