Accessibility links

İranda hərbi parada hücum


İranın İnqilab Keçikçiləri Ordusunun üzvləri yaralı yoldaşlarını daşıyır
İranın İnqilab Keçikçiləri Ordusunun üzvləri yaralı yoldaşlarını daşıyır

İranın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin cənub-qərbində Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parad zamanı silahlı şəxs atəş açaraq, 24 nəfəri öldürüb, 53 nəfəri yaralayıb.

Prezident Həsən Ruhani ölkənin təhlükəsizlik qüvvələrini hücumun arasına kimin olduğunu müəyyən etməyə çağırıb.

Silahlı şəxslər avtomatik silahlardan istifadə edərək 10 dəqiqə boyunda para iştirakçılarına atəş açıb.

Ölənlərin əksəriyyətinin İranın elit İnqilab Keçikçiləri Ordusunun üzvləri olduğu bildirilir. Bəzi məlumatlara görə, ölənlər arasında bir jurnalist də var.

İranın İnqilab Keçikçiləri Ordusunun Xuzistan əyaləti üzrə komandiri Həsən Şahvarpur İran televiziyasına bildirib ki, hücumçulardan ikisi hadisə yerində öldürülüb, biri Aldığı xəsarətlər nəticəsində xəstəxanada keçinib, dördüncüsü isə həbs edilib.

İran televiziyası Ruhani və digər rəsmilərin Xuzistanda hücumla bağlı məlumat alandan sonra Tehranda keçirilən hərbi paradı tərk etdiyini göstərib.

Ölkə boyu İslam Respublikasının 1980-1988-ci illərdə İraqa qarşı başladığı müharibəni qeyd etmək məqsədilə bir neçə yerdə bənzər paradlar keçirilib.

Hücuma görə kimin cavabdeh olduğu ilə bağlı müxtəlif mlumatlar var. Lakin həm İslam Dövləti qrupu, həm də özünü "Əhvəzin Qurtuluşu üçün Ərəb Mücadilə Hərəkatı" adlandıran qrup məsuliyyəti üzərinə götürüb.

Hücumda mülki vətəndaşların hədəf alınmadığı söylənsə də, İran mediası ölənlər arasında uşaq və jurnalistlərin olduğu barədə malumat verir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvit ataraq, hücuma görə “regional terror sponsorlarını” və onların “amerikalı sahiblərini” günahlandırıb.

Rəsmilər adətən İranın düşmənləri olan Səudiyyə Ərəbistanı və İsraili “regional terror sponsorları” adlandırır.

Zərif bildirib ki, İran hücuma “cəld və qətiyyətli” şəkildə cavab verəcək.

XS
SM
MD
LG