Accessibility links

İranda internet yenidən məhdudlaşdırılır


İran hakimiyyəti ölkədə baş verə biləcək yeni etirazlardan əvvəl yenidən internetə məhdudlaşdırmalar yaradıb. İranın bir neçə vilayətində xarici saytlara mobil interenetlə olan giriş bağlanıb.

Sosial media postlarlarında və benzin qiymətindəki artımla əlaqədar keçən ay yaşanan iğtişaşlarda həlak olan bəzi insanların qohumları cümə axşamı ölənlərin xatirəsini anmaq üçün yenidən etiraz aksiyaları keçirməyə çağırıb.

Yarım rəsmi xəbər agentliyi ILNA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki məlumatlı mənbəyə istinadən xəbər verir ki, internetin bağlanması "təhlükəsizlik orqanları" tərəfindən əmr edilib və İranın mərkəzi və qərbində Əlborz, Kürdistan və Zəncan vilayətlərini, habelə cənubda Fars bölgələrini əhatə edir.

"Mənbənin sözlərinə görə ehtimal var ki, digər vilayyətlər də məhdudlaşdırmalara məruz qalaraq, mobil internet bağlantısından məhrum olunsun" - deyə, ILNA agentliyi əlavə edib.

İran noyabr ayında siyasi iğtişaşlara çevrilərək, İslam Respublikasının 40 illik tarixindəki ən qanlı basqılara gətirib çıxarmış yanacaq etirazlarını dayandırmaq üçün ölkdə bir həftəyə yaxın interneti bağlamışdı.

İnternetin bloklanması etirazçılara dəstək məqsədilə sosial mediada videoların paylaşılmasını və iğtişaşların miqyası barədə etibarlı məlumatların əldə edilməsini çətinləşdirmişdi.

XS
SM
MD
LG