Accessibility links

İranda intiharçı hücumu-2 nəfər həlak olub


İran rəsmiləri və dövlət mediası Çabahar liman şəhərində intiharçı hücumunda iki təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirir. 28 nəfər xəsarət alır.

Daha öncə yayılmış məlumatlarda azı 3 nəfərin öldürüldüyü bildirilirdi.

Şəhər valisinin vəzifələrini icra edən Rəhmdel Bameri deyib ki, hücumu birdən çox adam törədib. “Terrorçular polis idarəsinin darvazası ağzında partlayıcılar dolu maşın partladıblar”, o deyib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

İran xəbər agentliklərinin internetdə yaydıqları videolarda partlayışdan sonra ərazidən qatı tüstü qalxdığı görünür. Çabahar sünni müsəlman azlığının yaşadığı Sistan-Baluçistan regionunda yerləşir.

Bu regionda narkotik alverçiləri, yaraqlı separatçılarla əlaqələndirilən zorakılıq halları tez-tez baş verir.

Amma İranda intiharçı hücumu nadir hadisə sayılır.

İslam İnqilab Keşikçiləri Korpusunun quru qüvvələrinin komandiri Məhəmməd Pakpur hücumun alınmadığını söyləyib.

“Bu, kortəbii terror hücumu idi. Terrorçular heç bir nəticə əldə edə bilməyiblər”, Pakpur yarırəsmi Tasnim xəbər agentliyinə deyib.

Pakpur onu da deyib ki, partlayışdan bir neçə saat sonra Çabaharda sakitlik və təhlükəsizlik bərpa olunub.

*

XS
SM
MD
LG