Accessibility links

İranda koronavirusa yoluxanların sayı 8 mini keçib, İran Azərbaycanında son durum


İran koronavirus
İran koronavirus

İranın Səhiyyə Nazirliyinin sözçüsü mətbuat konfransında koronavirus ilə bağlı ölkədə son durum barədə məlumat verib.

İRNA xəbər agentliyinin yaydığı xəbərdə İranın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, martın 10-da ölkədə koronavirusa yoluxanların sayının 8042 nəfərə çatdığı bildirilir.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpur, "İranda son 24 Saatda 881 yeni yoluxma halı təsdiqlənib və 54 nəfər korona xəstəliyindən dolayı həlak olub" deyi. O bu günə qədər xəstələrdən 2731 nəfərin müalicə edildiyini bildirib.

İran Azərbaycanının vilayətlərinin hər birinin səhiyyə rəhbəri xəbər agentliklərinə məlumat verib. Təbriz Tibb Elmləri Universitetinin direktorunun Tasnim xəbər agentliyinə verdiyi məlumata əsasən, Şərqi Azərbaycanda ümumilikdə koronavirusa yoluxanların sayı 146 nəfəri keçib. O həmçinin bildirib ki, bu 146 nəfərdən bu günə qədər 12 nəfər həyatını itirib.

Urmiyə Tibb Elmləri Universitetinin direktoru və Qərbi Azərbaycan vilayətinin səhiyyə rəhbəri, doktor Cavad Ağazadə vilayətin son durumu barədə İRNA xəbər agentliyinə məlumat verib. Ağazadənin verdiyi məlumata görə, son 24 saatda 18 yoluxma halı təsdiqlənərək, yoluxanların sayı 73-ə çatıb, bunlardan 4 nəfəri isə həlak olub.

Ərdəbil vilayətinin Tibb Elmləri Universitetinin direktoru, doktor Qüdrət Əxəvan Əkbəri isə 207 şübhəli yoluxma halının aşkar edildiyini, bunlardan 110 nəfərin Ərdəbil şəhərində olduğunu açıqlayıb. O bu günə qədər Ərdəbil vilayətində koronavirusa yoluxanların sayını 91 nəfər olaraq açıqlayıb. Onun dediyinə görə ölənlərin sayı 10 nəfər olub.

Zəncan vilayətinin Tibb Elmləri Universitetinin rəhbəri, doktor Pərviz Qızılbaş isə İRNA agentliyinə vilayətdə virusa yoluxanların sayının 68 nəfər olduğunu deyib. O, bu günə qədər virusa yoluxanlardan 6-nın həlak olduğunu bildirib.

İran vilayətlərində virusa yoluxma halları ilə bağlı son statistika bu gün açıqlanıb. Tehran 2114, Qum 751, Gilan 524 , İsfahan 618, Əlborz 339, Mazandaran 886, Mərkəzi 416, Qəzvin 257, Semnan 221, Gülüstan 179, Rəzəvi Xorasan 222, Fars 151, Lorestan 176, Şərqi Azərbaycan 146, Xuzistan 110, Yəzd 127, Zəncan 79, Kürdüstan 78, Ərdəbil 91, Kermanşah 51, Kerman 40, Həmədan 77, Bəluçistan 40, Hormozgan 69, Cənubi Xorasan 51, Şimali Xorasan 34, Çahar-Mahal və Bəxtiyari 37, İlam 56, Qərbi Azərbaycan 73, Kohgiluyə və Boyer-Əhməd 11 və Buşehrdə 18 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

XS
SM
MD
LG