Accessibility links

İranda gün ərzində koronavirusdan 235 ölüm halı qeydə alınıb


Yaxın Şərqdə virusun ən geniş yayıldığı ölkələrdən biri olan İranda bir gün ərzində koronavirusdan ölüm halına görə növbəti rekord göstərici qeydə alınıb. Ölkədə çərşənbə axşamı 235 insan virusdan həyatını itirib.

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari "son 24 saat ərzində COVID-19 səbəbi ilə 235 soydaşımızı itirdik" deyərək, ümumi ölüm sayının 16,147-ə yüksəldiyini bildirib.

O həmçinin televiziya vasitəsilə yayımlanan mətbuat konfransında bildirib ki, rəsmilər Tehranı İranın 31 vilayətindən 15-də olduğu kimi "qırmızı zona"-ya əlavə edərək, virusun ən çox yayıldığı vilayətlər sırasına salıb.

İranda "vəziyyət narahatedicidir" deyən Lari "gündəlik xəsətəxanalara yerləşdirilənlərin sayının mart ayındakı pik həddə yaxınlaşdığını" deyib.

O həmçinin "insanların ən sıx yaşadığı Tehran virusun pik həddə çatdığı gündən bəri ilk dəfədir ki, qırmızı zona elan edilib" deyərək, insanları sağlamlıq qaydalarına ciddi əməl etməyə çağırıb.

İran 19 fevralda xəstəliyin ilk dəfə qeydə alındığı gündən bəri virusun yayılmasının qarşısının alınması üçün mübarizə aparır.

May ayından virusla əlaqəli ölüm və yoluxma hallarında ən az göstəricilər qeydə alınmasına baxmayaq, rəqəmlər yenidən artmağa başlayıb.

Bundan əvvəlki rekord ölüm sayı ötən çərşənbə axşamı qeydə alınmışdı. Səhiyyə naziriliyi həmin gün 229 ölüm halının olduğunu bildirmişdi.

Rəsmilər qapalı ictimai yerlərdə maska taxılmasını məcburi elan edib. Həmçinin Tehran da daxil olmaqla virusun ən çox təsirinə məruz qalmış bölgələrdə yenidən məhdudiyyət tədbirləri bərpa edilib.

XS
SM
MD
LG