Accessibility links

İranda koronavirusdan ölənlərin sayı 988-ə çatıb


İranda son 24 saat ərzində koronavirusa yoluxma nəticəsində 135 nəfər həyatının itirib. Belliklə, İranda virusdan ölənlərin ümumi sayı 988-ə yüksəlib.

Bununla bərabər İranda son 1 gün ərzində 1178 yeni yoluxma halı aşkarlanıb. Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur bildirib ki, İranda yoluxanların ümumi sayı ölkə üzrə 16169-ə çatıb. O həmçinin əlavə edib ki, virusa yoluxan 5389 artıq sağalıb.

İran və İtaliya virusdan ən çox əziyyət çəkən ölkələrdir.

XS
SM
MD
LG