Accessibility links

İranın sərnişin təyyarəsi uçuş-enmə zolağından sürüşüb şosse yola çıxıb


Hadisə nəticəsində xəsarət alan yoxdur

Bazar ertəsi İranda Xəzər hava yollarına məxsus təyyarə İranın cənub-qərbindəki bir hava limanına eniş edərkən uçuş-enmə zolağından sürüşərək avtomobil yoluna çıxıb. Təyyarədəki sərnişinlər xəsarət almadan təxliyə edilib.

Dövlət xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, təyyarə "Mahşəhr hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxıb, xəsarət alan yoxdur".

Agenlik aviasiya rəsmilərinə istinadən xəbər verir ki, texniki problem enişin gecikməsinə səbəb olub və nəticədə qəza şəraiti yaranıb.

İran mediasının məlumatına əsasən pilot eniş zamanı şassiləri aça bilməyib. Hadisənin araşdırıldığı bildirilir.

Hadisə yerindən olan görüntülərdə təyyarənin 1994 cü ildə ishelsal olunmuş McDonnell Douglas MD-83 model olduğu görünür.

"Qəza zamanı təyyarədə yanğın hadisəsəi baş verməyib və bütün sərnişinlər təyyarəni təhlükəsiz tərk edib", Xuzistan hava limanları idarəedici direktoru Məhəmməd Reza Rezaei IRNA agentliyinə deyib.

Sosial mediada paylaşılan təsdiqlənməmiş videoda Mahşəhrdə bir magistral yolun ortasında yerə oturan təyyarədən sərnişinlərin təxliyə olunduğu görünür.

İranın aviaşirkətlərində son zamanlar qəzaların sayı artmaqdadır. İran hakimiyyəti buna görə ABŞ sanksiyalarını günahlandıraraq, sanksiyalar nəticəsində aviaşirkətlərin köhnə təyyarələri yeniləyə bilməsi və Qərbdən ehtiyat hissələri almasına maneə törətdiyini bildirirlər.

XS
SM
MD
LG